Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-11-2026 , 17:01

142

Son xəbərlər

Bütün xəbərlər

Bu gün onun günüdür!

Sumqayıt
15-11-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Azərbaycan Bələdiyyələri
- +

Rövşən Əsgərov: “Qovlar bələdiyyəsi şəhid və qazi ailələrinə diqqət və qayğısını davam etdirir”


Qovlar bələdiyyəsi tərəfindən şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına göstərilən diqqət və qayğı daim diqqət mərkəzində saxlanılır.

Bu günlərdə bələdiyyə iclasının müvafiq qərarına əsasən, ərazidə yaşayan şəhid və qazi ailələri ziyarət olunub, onlara bələdiyyə tərəfindən hazırlanmış ərzaq sovqatları təqdim edilib.

Qovlar bələdiyyəsinin sədri Rövşən Əsgərovun və kollektiv üzvlərinin iştirakı ilə keçirilən görüşlər zamanı ailələrin qayğıları dinlənilib, dövlət tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər və layihələr barədə söhbət aparılıb.

Bələdiyyə sədri Rövşən Əsgərov bildirib ki, şəhid ailələrinə və qazilərə diqqət göstərmək, onların qayğıları ilə maraqlanmaq hər birimizin mənəvi borcudur. Dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən sosial siyasətə yerli özünüidarəetmə orqanı olaraq biz də öz töhfəmizi verməyə çalışırıq.

Rövşən Əsgərov qeyd edib ki, Qovlar bələdiyyəsi bundan sonra da sosialyönümlü təşəbbüsləri davam etdirəcək, ərazidə yaşayan şəhid ailələrinin, qazilərin və digər həssas əhali qruplarının problemlərinə diqqətlə yanaşacaq, onların sosial müdafiəsinə dəstək göstərilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz