Əziz Zeynalov: “Bildirişlərin onlayn qaydada təqdim olunması istiqamətində hazırlıq işləri davam etdirilir”
Vergi daxilolmalarının artırılması istiqamətində Nəsimi bələdiyyəsində rəqəmsal yeniliklər tətbiq olunur.
Bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri
Əziz Zeynalov deyib.
Bu gün Nəsimi bələdiyyəsinin vergi xidməti tərəfindən büdcə
daxilolmalarının artırılması, vergi ödəyiciləri haqqında məlumatların dəqiqləşdirilməsi
və vətəndaşlara xidmətin daha operativ təşkili istiqamətində müvafiq tədbirlər
həyata keçirilir. Hazırda Vergi xidməti Bələdiyyələrin Vahid İnformasiya
Sisteminin verdiyi imkanlardan da tam şəkildə yaralanmağa çalışır. Eləcə də vergi
uçotunun təkmilləşdirilməsi və mülkiyyət məlumatlarının dəqiqləşdirilməsi məqsədilə
müvafiq reyestr məlumatlarından istifadə olunur. Əldə edilən məlumatlar əsasında
vətəndaşlara aidiyyəti üzrə bildirişlər göndərilir. Bu proses vergi ödəyiciləri
barədə məlumatların aktuallaşdırılmasına və büdcə daxilolmalarının artırılması
istiqamətində görülən işlərin səmərəliliyinin yüksəldilməsinə xidmət edir.
Son dövrdə sistemdə yeni funksionallıq tətbiq edilib. Belə
ki, reyestr xidmətindən müvafiq məlumatlar əldə olunduqdan sonra vətəndaşın FİN
kodu daxil edildikdə sistem tərəfindən müvafiq çıxarış avtomatik
formalaşdırılır. Bu yenilik məlumatların emalını sürətləndirməyə, əməliyyatların
daha çevik həyata keçirilməsinə və iş prosesinin avtomatlaşdırılmasına imkan
yaradır.
Gələn ildən etibarən bildirişlərin onlayn qaydada təqdim
olunması istiqamətində hazırlıq işləri davam etdirilir. Hazırda SMS xidməti aktivdir və fəaliyyət göstərir.
Eyni zamanda, vergi ödəyicilərinə dair məlumat bazasının tam, dolğun və dəqiq
formalaşdırılması istiqamətində işlər davam etdirilir. Bazanın dəqiqləşdirilməsi
başa çatdıqdan sonra SMS bildirişlərinin kütləvi şəkildə göndərilməsi nəzərdə
tutulur.
Hazırda vətəndaşın mülkiyyət məlumatları sistemə əlavə
edildikdə, həmin məlumat barədə vətəndaşın “MyGov” hesabına bildiriş göndərilir.
Nəsimi bələdiyyəsinin vergi xidməti tərəfindən həyata
keçirilən bu tədbirlərin əsas məqsədi nəticə etibari ilə vergi uçotunun təkmilləşdirilməsi,
vətəndaşların vaxtında məlumatlandırılması, xidmətlərin rəqəmsallaşdırılması və
bələdiyyə büdcəsinə daxilolmaların artırılmasına xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy