Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-10-2026 , 19:08

155

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Bildirişlərin onlayn qaydada təqdim olunması istiqamətində hazırlıq işləri davam etdirilir”

Vergi daxilolmalarının artırılması istiqamətində Nəsimi bələdiyyəsində  rəqəmsal yeniliklər tətbiq olunur.

Bu fikirləri Belediyye.infoya Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Bu gün Nəsimi bələdiyyəsinin vergi xidməti tərəfindən büdcə daxilolmalarının artırılması, vergi ödəyiciləri haqqında məlumatların dəqiqləşdirilməsi və vətəndaşlara xidmətin daha operativ təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Hazırda Vergi xidməti Bələdiyyələrin Vahid İnformasiya Sisteminin verdiyi imkanlardan da tam şəkildə yaralanmağa çalışır. Eləcə də vergi uçotunun təkmilləşdirilməsi və mülkiyyət məlumatlarının dəqiqləşdirilməsi məqsədilə müvafiq reyestr məlumatlarından istifadə olunur. Əldə edilən məlumatlar əsasında vətəndaşlara aidiyyəti üzrə bildirişlər göndərilir. Bu proses vergi ödəyiciləri barədə məlumatların aktuallaşdırılmasına və büdcə daxilolmalarının artırılması istiqamətində görülən işlərin səmərəliliyinin yüksəldilməsinə xidmət edir.

Son dövrdə sistemdə yeni funksionallıq tətbiq edilib. Belə ki, reyestr xidmətindən müvafiq məlumatlar əldə olunduqdan sonra vətəndaşın FİN kodu daxil edildikdə sistem tərəfindən müvafiq çıxarış avtomatik formalaşdırılır. Bu yenilik məlumatların emalını sürətləndirməyə, əməliyyatların daha çevik həyata keçirilməsinə və iş prosesinin avtomatlaşdırılmasına imkan yaradır.

Gələn ildən etibarən bildirişlərin onlayn qaydada təqdim olunması istiqamətində hazırlıq işləri davam etdirilir.  Hazırda SMS xidməti aktivdir və fəaliyyət göstərir. Eyni zamanda, vergi ödəyicilərinə dair məlumat bazasının tam, dolğun və dəqiq formalaşdırılması istiqamətində işlər davam etdirilir. Bazanın dəqiqləşdirilməsi başa çatdıqdan sonra SMS bildirişlərinin kütləvi şəkildə göndərilməsi nəzərdə tutulur.

Hazırda vətəndaşın mülkiyyət məlumatları sistemə əlavə edildikdə, həmin məlumat barədə vətəndaşın  “MyGov” hesabına bildiriş göndərilir.

Nəsimi bələdiyyəsinin vergi xidməti tərəfindən həyata keçirilən bu tədbirlərin əsas məqsədi nəticə etibari ilə vergi uçotunun təkmilləşdirilməsi, vətəndaşların vaxtında məlumatlandırılması, xidmətlərin rəqəmsallaşdırılması və bələdiyyə büdcəsinə daxilolmaların artırılmasına xidmət edir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər