Təmraz Tağıyev: “Yerli vergilərin tarif dərəcələrinə yenidən baxılsın”
“Bu gün yerli vergilərin tarif dərəcələrinə yenidən baxılmasına, onun differensiallaşdırılmasına ehtiyac var. Biz bu tariflərin əsasən qeyri-yaşayış sahələrinə tətbiq edilməsini təklif edirik” – bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasıyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev Milli Məclisin Regional məsələlər Komitəsinin payız sessiyasının ilk iclasında deyib.
Sədr qeyd edib ki, necə ola bilər ki, böyük bir sahəyə məxsus
hansısa ticarət və ictimai iaşə obyektini icarəyə verərək ayda 30 min manata qədər
vəsaitin alındığı halda, bələdiyyəyə il ərzində maksimum 1500 manat ödənilir.
1999-cu ildən bəri hər hansı formada yerli vergilərin tariflərində dəyişiklik olmayıb. Bu çox vacib məsələdir və
bu addım atılarsa bələdiyyələrimizin
inkişaf səviyyəsi də artar, nəticədə hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin
edilməsinə də öz töhfəsini daha çox vermis olar.
Sədr Milli Məclisin Regional məsələlər Komitəsinin üzvlərindən
bu məsələni diqqətdə saxlamağı xahiş edib.
Belediyye.info
Rəylər
0 Rəy