Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-03-2026 , 01:07

82

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Maştağa bələdiyyəsi tərəfindən qəsəbə ərazisində bir sıra sosial yönümlü tədbirlər həyata keçirilib

 

Ramazan ayının mənəvi dəyərlərinin və Novruz bayramının birlik, mərhəmət və paylaşma ənənələrinin yaşadılması məqsədilə Maştağa Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində bir sıra sosial yönümlü tədbirlər həyata keçirilmişdir.

Bələdiyyə sədri və bələdiyyə əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan şəhid ailələri, yaşlı nəslin nümayəndələri və aztəminatlı ailələr ziyarət olunmuş, onlara bayram sovqatları təqdim edilmişdir. Ziyarətlər zamanı ailələrin sosial vəziyyəti və gündəlik qayğıları ilə yaxından maraqlanılmış, səmimi söhbətlər aparılmış və bayram münasibətilə xoş arzular çatdırılmışdır.

Şəhid ailələri ilə görüşlər zamanı onların göstərdiyi fədakarlıqların dövlət və cəmiyyət tərəfindən daim yüksək qiymətləndirildiyi vurğulanmış, onların xatirəsinin və ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının hər birimizin mənəvi borcu olduğu qeyd edilmişdir.

Yaşlı nəslin nümayəndələrinə göstərilən diqqət isə milli-mənəvi dəyərlərimizin qorunması və böyüklərə hörmət ənənəsinin yaşadılmasının bariz nümunəsi kimi dəyərləndirilmişdir.

Maştağa Bələdiyyəsi tərəfindən həyata keçirilən bu təşəbbüs Ramazan ayının xeyirxahlıq və mərhəmət ruhuna uyğun olaraq ehtiyacı olan ailələrə dəstək olmaq, onların bayram sevincini bölüşmək və cəmiyyətdə sosial həmrəyliyi daha da gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, Maştağa Bələdiyyəsi bundan sonra da şəhid ailələrinə, qazilərə, yaşlı insanlara və sosial müdafiəyə ehtiyacı olan ailələrə diqqət və qayğının göstərilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.

Maştaga bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər