Tədbir bələdiyyənin birgə təşkilatçılığı ilə baş tutub
Bakı şəhər Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin
“Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və Səttar
Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın birgə təşkilatçılığı ilə “Oyun
asılılığı: rəqəmsal
oyunların uşaqların inkişafına təsiri ” adlı tədbir keçirilib.
Gimnaziyanın
akt zalında baş tutan tədbirdə bələdiyyənin üzv və qulluqçuları, qəsəbə sakinləri, gənclər və məktəblilər iştirak
ediblər.
Tədbirdə Səttar Bəhlulzadı adına Xarici dillər təmayüllü
gimnaziyanın Direktoru-Xəyalə Veyisova, Suraxanı rayon İcra Hakimiyyetinin
başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində Monitorinq və
əlaqələndirmə qrupunun məsləhətçi-psixoloqu Vəfa Qüdrətli, Qaraçuxur Bələdiyyəsinin
sədri İxdiyar Nəcəfov, Bakı şəhəri Gənclər və İdman İdarəsinin Suraxanı Rayon
üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Elşən Atakişizadə və Səttar Bəhlulzadı
adına Xarici dillər təmayüllü gimnaziyanın psixoloqu Nigar Orucova çıxış edərək
mövzunun aktuallığından danışıblar.
Tədbir də çıxış edən Qaraçuxur Bələdiyyəsinin sədri İxdiyar Nəcəfov
deyib ki, “Müasir dövrdə texnologiya həyatımızın
ayrılmaz hissəsinə çevrilmişdir. Kompüterlər, planşetlər və smartfonlar uşaqlar
üçün həm əyləncə, həm də öyrənmə vasitəsi kimi istifadə olunur. Lakin bu vasitələrdən
həddindən artıq istifadə ciddi problemlərə səbəb ola bilər. Rəqəmsal oyun asılılığı uşağın psixoloji
inkişafına mənfi təsir göstərir. Belə uşaqlar real həyatdan uzaqlaşır, sosial
münasibətlər qurmaqda çətinlik çəkir və təkliyə meylli olurlar. Onlar daha çox
virtual dünyada yaşamağa üstünlük verirlər ki, bu da ünsiyyət bacarıqlarının zəifləməsinə
gətirib çıxarır” Sədr çıxışında daha sonra qeyd edib ki, uzun müddət oyun
oynamaq uşağın fiziki sağlamlığına da zərər verir. Göz yorğunluğu, bel və boyun
ağrıları, yuxu rejiminin pozulması kimi problemlər yaranır. Hərəkətsiz həyat tərzi
isə piylənmə riskini artırır. Rəqəmsal oyunlar uşaqların təhsilinə də mənfi təsir
edə bilər. Dərsə diqqətin azalması, vaxtın düzgün bölüşdürülməməsi və
motivasiyanın aşağı düşməsi tez-tez rast gəlinən hallardır. Lakin qeyd etmək lazımdır ki, rəqəmsal
oyunların müsbət tərəfləri də var. Doğru seçilmiş və məhdud şəkildə oynanan
oyunlar uşaqların məntiqi düşünmə qabiliyyətini, problem həll etmə
bacarıqlarını və əl-göz koordinasiyasını inkişaf etdirə bilər. Bəs bu problemin qarşısını necə ala bilərik? Valideynlər
uşaqların oyun vaxtını nəzarətdə saxlamalı, gündəlik limit qoymalı və onları
digər fəaliyyətlərə – idman, kitab oxuma və sosial fəaliyyətlərə yönləndirməlidir.
Eyni zamanda, uşaqlarla açıq ünsiyyət qurmaq və onlara düzgün nümunə olmaq çox
vacibdir.
Təbdir məktəblilərin hazırladığı bədii proqramla başa çatıb.
Belediyye.info
Rəylər
0 Rəy