Maştağa bələdiyyəsi tərəfindən növbəti abadlıq və yol-təmir işləri həyata keçirilmişdir
Maştağa bələdiyyəsinin 24.04.2026-cı il tarixli, 9 nömrəli protokol qərarına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi, Məhərrəm Seyidov küçəsi 139 ünvanında yaşayan sakinlərin kollektiv müraciəti nəzərə alınaraq qeyd olunan ərazidə küçədaxili yolun cari təmir və abadlıq işləri həyata keçirilmişdir.
Uzun müddət istifadədə olan yolun müxtəlif hissələrində yaranmış çökəkliklər və çuxurlar xüsusi texnikalar vasitəsilə hamarlanmış, karbonat və çınqıl materialları ilə bərkitmə işləri görülmüşdür.
Aparılmış işlər nəticəsində yolun hərəkət üçün yararlı vəziyyəti bərpa olunmuş, nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat istifadəsi təmin edilmişdir.
Paylaşımda yolun əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotoşəkillər təqdim olunur.
Sabunçu rayonu, Maştaga bələdiyyəsi
Rəylər
0 Rəy