Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-05-2026 , 23:59

69

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 “Media savadlılığı: uşaqların zərərli informasiyadan qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib

Suraxanı rayon İcra Hakimiyyətinin təşəbbüsü, Zığ Bələdiyyəsində “Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair komissiyası”nın və 317 nömrəli tam orta ümumtəhsil məktəbinin birgə təşkilatçılığı ilə “Media savadlılığı: uşaqların zərərli informasiyadan qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi uşaqların və yeniyetmələrin rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması, zərərli informasiyalardan qorunma yollarının təbliği, media savadlılığının artırılması və sağlam informasiya mühitinin formalaşdırılması istiqamətində ictimai maarifləndirmənin gücləndirilməsi olub.

Tədbir Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yad olunması, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən 317 nömrəli məktəbin direktoru Leyla Əliyeva tədbirin əhəmiyyətindən danışaraq müasir dövrdə media savadlılığının uşaqların inkişafında və təhlükəsizliyində mühüm rol oynadığını bildirib.

Daha sonra tədbir mövzusuna həsr olunmuş videoçarx nümayiş etdirilib. Məktəblilərin təqdimatında “Zaman səyyahı”, “İnsanlıq və rəqəmsal”, eləcə də “Görünməyən təhlükə” adlı səhnəciklər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Səhnəciklərdə sosial şəbəkələrin təsiri, virtual təhlükələr, kibermühitdə etik davranış və ailə dəyərlərinin qorunması kimi vacib mesajlar tamaşaçılara çatdırılıb.

Tədbirdə çıxış edən Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun məsul katibi Asəf Əmrahov media təhlükəsizliyi və məişət zorakılığı ilə mübarizə istiqamətində aparılan maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Zığ Bələdiyyəsinin sədri Arzu Aslanova çıxışında uşaqların təhlükəsiz informasiya mühitində formalaşmasının cəmiyyət üçün mühüm prioritet olduğunu qeyd edib.

Suraxanı Rayon İcra Hakimiyyəti yanında monitorinq və əlaqələndirmə qrupunun məsləhətçi-psixoloqu Vəfa Qüdrətli çıxışında uşaqların psixoloji sağlamlığına rəqəmsal mühitin təsirindən danışaraq valideyn nəzarətinin və düzgün yönləndirmənin vacibliyini diqqətə çatdırıb.

Suraxanı Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsində Yetkinlik Yaşına Çatmayanlarla profilaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Əfqan Ağayev isə çıxışında internet təhlükəsizliyi, kibercinayətkarlıqdan qorunma və yeniyetmələrin hüquqi maarifləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.

Tədbir çərçivəsində məktəbin təsviri incəsənət müəllimi Ülviyyə İdrisli və şagird Nərmin Poladzadə tərəfindən hazırlanmış rəsm əsəri də təqdim olunub və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür

Bakı
07-05-2026
1092