Anar Hüseynli: “1999-cu ildən tətbiq edilən tariflər bu günədək dəyişməz qalıb”
“Ay ərzində büdcə gəlirlərində kifayət qədər artıma nail ola bilmişik. Bələdiyyənin vergi xidməti fəaliyyətini bu templə təşkil edərsə,hədəfimizə çatacağımıza inanırıq” - bu fikirləri Xəzər rayonu, Zirə bələdiyyəsinin sədri Anar Hüseynli deyib.
Sədr qeyd edib ki, əgər 2025-ci ilin aprel ayında ümumilikdə 3. 666 manat büdcə gəliri
olmuşdursa, cari ilin aprelində bu rəqəm dörd dəfəyədək artaraq 18.055 manata
çatıb.
Belə ki, göründüyü kimi ötən il aprel ayı ilə müqayisədə artım
14.389 manata bərabər olub. Sədr daha sonra əlavə edib ki, ötən il əldə olunan vəsaitin 2.115
manatı torpaq vergisindən, 1.551 manatı
isə əmlak vergisindən daxil olmuşdursa, cari ildə müvafiq olaraq 15.961 manat torpaq vergisindən, 2.093 manat əmlak vergisindən daxil olub. Ən çox
artım torpaq vergisindən daxil olub.
Etiraf edək ki, yerli vergilərin tarif dərəcələri çox aşağıdır.
Hesab edin ki, bələdiyyələr formalaşdığı 1999 -cu ildən tətbiq edilən tariflər
bu günədək dəyişməz qalıb. Hazırda bələdiyyənin vergi xidmətinin əməkdaşları vergi-uçot sistemindəki mövcud boşluqları
aradan qaldırmaqla, vergi ödəyiciləri barəsində məlumatları dəqiqləşdirməklə məşğuldur.
Bununla yanaşı qeydiyyata düşməyən vergi ödəyiciləri barədə məlumatı BAMS
proqramına yerləşdirməklə yanaşı, həm də növbəti ildən bildirişlərin onlayn
qaydada paylaşılacağına ciddi hazırlıq gedir. Yaxın günlərdə prosesi başa
çatdırmaqla artıq növbəti ilə hazırlıq işləri başa çatdırılacaqdır.
Hazırda əldə edilən nailiyyəti uğur hesab etmək olar. Lakin
hədəfimiz daha böyük büdcə gəlirləri əldə etməkdir.
Rəylər
0 Rəy