Maştağa bələdiyyəsi tərəfindən qəsəbə ərazisində bir sıra sosial yönümlü tədbirlər həyata keçirilib
Ramazan ayının mənəvi dəyərlərinin və Novruz bayramının birlik, mərhəmət və paylaşma ənənələrinin yaşadılması məqsədilə Maştağa Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində bir sıra sosial yönümlü tədbirlər həyata keçirilmişdir.
Bələdiyyə
sədri və bələdiyyə əməkdaşları tərəfindən Maştağa qəsəbəsində yaşayan şəhid ailələri,
yaşlı nəslin nümayəndələri və aztəminatlı ailələr ziyarət olunmuş, onlara
bayram sovqatları təqdim edilmişdir. Ziyarətlər zamanı ailələrin sosial vəziyyəti
və gündəlik qayğıları ilə yaxından maraqlanılmış, səmimi söhbətlər aparılmış və
bayram münasibətilə xoş arzular çatdırılmışdır.
Şəhid
ailələri ilə görüşlər zamanı onların göstərdiyi fədakarlıqların dövlət və cəmiyyət
tərəfindən daim yüksək qiymətləndirildiyi vurğulanmış, onların xatirəsinin və
ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunmasının hər birimizin mənəvi
borcu olduğu qeyd edilmişdir.
Yaşlı
nəslin nümayəndələrinə göstərilən diqqət isə milli-mənəvi dəyərlərimizin
qorunması və böyüklərə hörmət ənənəsinin yaşadılmasının bariz nümunəsi kimi dəyərləndirilmişdir.
Maştağa
Bələdiyyəsi tərəfindən həyata keçirilən bu təşəbbüs Ramazan ayının xeyirxahlıq
və mərhəmət ruhuna uyğun olaraq ehtiyacı olan ailələrə dəstək olmaq, onların
bayram sevincini bölüşmək və cəmiyyətdə sosial həmrəyliyi daha da gücləndirmək
məqsədi daşıyır.
Qeyd edək ki, Maştağa Bələdiyyəsi bundan sonra da şəhid ailələrinə, qazilərə, yaşlı insanlara və sosial müdafiəyə ehtiyacı olan ailələrə diqqət və qayğının göstərilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.
Maştaga bələdiyyəsi
Rəylər
0 Rəy