Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-08-2026 , 16:43

303

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Səbail bələdiyyəsində Qarabağ müharibəsi veteranının yubileyi qeyd edilib

Polkovnik-leytenant, Qarabağ müharibəsi veteranı, Azərbaycanın milli ordusunun ilk zabitlərindən biri, habelə Səbail bələdiyyəsinin üzvü  Bəhram Lətif oğlu Ağakişiyevin 60 illik yubileyi münasibətilə Səbail bələdiyyəsinin inzibati binasında tədbir keçirilib.

Tədbirdə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev, bələdiyyə üzvləri, qazilər, müharibə veteranları və hərbçilər iştirak ediblər.

Görüşdə çıxış edən Səbail bələdiyyəsinin sədri Hacı Əliyev dəyərli insanın həyat yoluna qısa bir nəzər salıb.

Sədr qeyd edib ki, polkovnik-leytenant Bəhram Lətif oğlu Ağakişiyev 1 avqust 1966-cı ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olub. O, Azərbaycanın müstəqilliyinin ilk illərində milli ordunun formalaşmasında iştirak edən zabitlərdən və Qarabağ müharibəsi veteranlarından biridir.

Sədr qeyd edib ki, Bəhram Ağakişiyev hərbi təhsil alaraq zabit kimi xidmətə başlayıb və Azərbaycan Ordusunun ilk milli zabit kadrlarından biridir. Birinci Qarabağ müharibəsi zamanı məşhur “Birinci batalyon”un yaradılmasında fəal iştirak edib, kəşfiyyat taqımının komandiri kimi bir sıra mühüm əməliyyatlarda xidmət göstərib. Döyüş yoldaşlarının xatirələrində onun çevik, tələbkar, dürüst və peşəkar kəşfiyyatçı olduğu qeyd edilir.

Qəhrəman veteranın müharibə yoluna toxunan sədr Hacı Əliyev Bəhram Ağakişiyevin kəşfiyyat əməliyyatları zamanı düşmən arxasına keçərək mühüm məlumatlar əldə etdiyi və həmin məlumatların sonrakı döyüş əməliyyatlarında istifadə olunduğu bildirilir.  Sədr qeyd edib ki, Ağakişiyevin döyüş yolu Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda aparılan mübarizənin mühüm səhifələrindən biri kimi təqdim olunur.

Atəşkəsdən sonra da hərbi xidmətini davam etdirən Bəhram Ağakişiyev Müdafiə Nazirliyində və Milli təhlükəsizlik nazirliyinin Sərhəd Qoşunlarında xidmət edib. Hazırda ehtiyatda olan polkovnik-leytenantdır. Dövlət sifarişi ilə onun həyat və döyüş yoluna həsr olunmuş “Cənnət yolçusu” sənədli filmi hazırlanıb. Film 2019-cu ildə təqdim olunub və Bəhram Ağakişiyevin timsalında Qarabağ müharibəsi veteranlarının döyüş yolunu, müstəqilliyin ilk illərində Azərbaycanın keçdiyi ağır tarixi dövrü əks etdirir. Filmin çəkilişlərinin bir hissəsi onun doğulduğu Gündüzqala kəndində ailə üzvləri, sinif yoldaşları və döyüş yoldaşlarının iştirakı ilə aparılıb. Filmdə Ağakişiyev Bəhram Lətif oğlunun rəhbərlik etdiyi kəşfiyyat dəstəsinin düşmən arxasında apardığı gizli kəşfiyyat əməllərindən və bir sıra yaşayış və strateji yüksəklik ərin düşməndən azad edilməsindən xüsusi ilə Ağdərənin aydogan və Laçın hocaz yüksəklikləri düşməndən azad olunmasından bəhs edir.

Bəhram Ağakişiyevin döyüş və xidmət yolu Azərbaycan hərb tarixinin mürəkkəb və ağır mərhələlərindən birinə təsadüf edir. Onun haqqında çəkilmiş sənədli film, döyüş yoldaşlarının xatirələri və veteran təşkilatlarının təqdim etdiyi məlumatlar bu yolu gələcək nəsillərə çatdırmaq baxımından əhəmiyyətlidir.

Sədr sonda Bəhram Lətif oğlu Ağakişiyevin  Azərbaycan hərb tarixində özünəməxsus iz qoymuş şəxs olduğunu qeyd edib.

Görüşdə çıxış edən natiqlər tərəfindən Bəhram Ağakişiyevin Vətən qarşısındakı şərəfli xidmətləri, Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıq, dövlətçiliyimizə verdiyi töhfələri yüksək qiymətləndirilib.

Sonda Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü, polkovnik-leytenant Bəhram Ağakişiyevə Səbail bələdiyyəsinin “Fəxri Fərmanı” təqdim edilmiş, gələcək fəaliyyətində yeni uğurlar və cansağlığı arzulanmışdır.

Polkovnik-leytenant Bəhram Ağakişiyev ona göstərilən bu diqqətə və əməyinə verilən qiymətə görə Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevə və bələdiyyənin kollketivinə öz təşəkkürünü bildirib.

Səbail bələdiyyəsi



Rəylər

1 Rəy

Garibov

18-08-2026, 22 saat əvvəl

🙏

Cavabla

Rəy yaz

Oxşar xəbərlər