Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

20-08-2026 , 20:48

64

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Elnur Beybalayev:  “Bələdiyyə ərazisində şəhidlərin xatirəsi daim əziz tutulur”

“Şabran rayonu, Ağalıq bələdiyyəsinin inzibati ərazisində hər daim şəhid və qazi  ailələri, müharibə əlilləri və iştirakçılarının qayğıları daim diqqətdə saxlanılır, onların üzləşdikləri çətinliklər operativ aradan qaldırılır.

Bununla yanaşı şəhidlərin əziz xatirəsinə ucaldılmış abidələrin saxlanılmasını da Ağalıq bələdiyyəsi olaraq daim diqqtədə saxlayırıq”- bu fikirləri Belediyye.info adıçəkilən bələdiyyənin sədri Elnur Beybalayev deyib.

Sədr qeyd edib ki, bələdiyyənin dəstəyi ilə bu günlərdə bələdiyyənin inzibati ərazisində olan Daşlıyataq kəndində “Şəhidlər bulağı” təmir edilərək, ərazidə ki, bayraqlar yenilənmiş, həmçinin ərazinin işıq sistemi yenidən qurulmuşdur.

Bələdiyyə iclasının qərarı ilə həyata keçirilən bu layihənin icrasını sakinlər razılıqla qarşılamışlar.

Sədr qeyd edib ki, kəndin ərazisində aparılan abadlıq-quruculuq işlərinə Ağalıq bələdiyyəsi də öz dəstəyini bundan sonra da göstərəcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər