Nailə Nəsirova: “Müntəzəm olaraq keçirilən bələdiyyə iclaslarında vətəndaşların qaldırdığı məsələlər müzakirə edilir”
“Bu gün Zabrat bələdiyyəsinin əsas vəzifəsi hər bir sakini narahat edən məsələnin həllini diqqətdə saxlamaqdır”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Nailə Nəsirova deyib.
Sədrin sözlərinə görə, vətəndaş məmnunluğunun təmin
edilməsi məqsədi ilə bələdiyyəyə müraciət edən hər bir sakin bələdiyyənin rəsmi
şəxsləri tərəfindən qəbul edilir, dinlənilir və bələdiyyədən asılı olan
məqamlar tez bir zaman kəsiyində öz həllini tapır. Bələdiyyədən asılı olmayan
məsələlərin həlli isə diqqətdə saxlanılır.
Hər ay müntəzəm olaraq keçirilən bələdiyyə iclaslarında
məhz vətəndaşların qaldırdığı məsələlər müzakirəyə çıxarılır.
Sədr qeyd edib ki, bu günlərdə bir qrup vətəndaş
müraciətinin bələdiyyə iclasında müzakirəsi zamanı qəsəbənin Kərim Kərimov küçəsində cari təmir
işlərinin aparılması qərara alınıb.
Layihənin icrası ilə bağlı küçənin 840 kv.m-lik
hissəsinə asfalt qırıntısı tökülərək bərkitmə işləri aparılmışdır. Bununla
yanaşı küçənin həmin hissəsi bərk məişət
tullantılarından təmizlənmiş və abadlaşdırılmışdır.
Zabrat bələdiyyəsi qəsəbədə aparılan abadlıq-quruculuq
işlərinə öz töhfəsini bundan sonra da verəcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy