Tədbirdə Ulu öndərin tarixi fəaliyyəti xüsusi vurğulanıb
Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir Xəzər rayonunda da yüksək səviyyədə təşkil olunmuşdur.
Şüvəlan Bələdiyyəsi və Xəzər Rayon İcra Hakimiyyətinin birgə
təşəbbüsü ilə keçirilən tədbirdə Xəzər rayonunun Icra başçısı Elşən
Salahov, idarə və müəssisələrinin səlahiyyətli
nümayəndələri, rayon bələdiyyələrinin rəsmiləri, ictimaiyyət təmsilçiləri və
rayon sakinləri iştirak etmişlər.
Tədbirdə Ümummilli Liderin dövlətçilik siyasəti, Azərbaycan
xalqı qarşısındakı əvəzsiz xidmətləri, ölkəmizin inkişafı və müstəqilliyinin
möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi fəaliyyət xüsusi
vurğulanmışdır.
İştirakçılar tərəfindən Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, onun zəngin siyasi irsinin gələcək nəsillər üçün daim örnək olduğu qeyd olunmuşdur.
Rəylər
0 Rəy