Səkinə Kərimova: “Bələdiyyədə vergi-uçot sistemi düzgün qurularsa...”
“Kollektivin hər bir üzvü inzibati ərazi daxilində vətəndaş məmnunluğunun təmin edilməsi üçün bu gün bütün qüvvəsini səfərbər edib”-bu fikirləri Sabunçu rayonu, Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova bələdiyyənin vergi və ödənişlər şöbəsinin müdiri Tamilla Muradova və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə deyib.
Sədr qeyd edib ki, məmnunluğun təmin edilməsi hər
bir bələdiyyədən maliyyə vəsaiti tələb etdiyindən bələdiyyənin vergi və ödənişlər
şöbəsi daim vergi ödəyiciləri ilə görüşləri təşkil etməklə mövcud problemlərin
aradan qaldırılmasına öz dəstəyini göstərir.
Sədrin fikrincə, bələdiyyədə vergi-uçot sistemi düzgün
qurularsa, həmçinin yenilənmiş və təkmilləşdirilmiş Bələdiyyələrin Vahid İnformasiya
Sisteminin yaratdığı imkanlardan lazimi şəkildə istifadə edilərsə, büdcə vəsaitlərinin
toplanılmasında hər hansı problem yaranmaz.
Ancaq bəzi
hallarda bələdiyyənin vergi və ödənişlər
şöbəsi borclu vətəndaşlarla bağlı məsələrin həllində çıxılmaz duruma düşəndə
İcra-probasiya şöbəsinə müraciət etmək məcburiyyətində qalır.
Görüşdə bildirilib ki, 2026-cı ilin hesabat dövründə
Balaxanı bələdiyyəsi
tərəfindən vergi və ödənişlərlə bağlı mübahisəli halların həlli məqsədilə bir
sıra işlər icra-probasiya şöbəsinə yönləndirilmişdir. 2026-cı
ilin yanvar-iyul ayları üzrə icra-probasiyaya göndərilən
aktlardan daxil olmalı
olan ümumi vəsaitin həcmi 8.186 manat təşkil
edib. Bu müddət ərzində isə icradan
daxil olan ödənişlərin ümumi həcmi 4.913 manat
olmuşdur. Müraciətlərin 60 faizədək hissəsində artıq ödəniş təmin edilib. Və bu
proses şöbənin daim diqqətindədir.
İcra -probasiydan aylar üzrə daxil olan vəsaitə toxunan
sədr qeyd edib ki, ötən aylarda ən yüksək ödəniş aprel və may aylarında olub.
Belə ki, bələdiyyə büdcəsinə icra-probasiya istiqamətindən aprel ayında 1035 manat,
may ayında isə 1167 manat
vəsait daxil olub.
Görüşdə həmçinin
qeyd edilib ki, 2024-cü
ilin ilk altı ayında büdcə gəlirləri 55.396 manat, 2025-ci ildə 68.280 manat,
cari ildə isə 78.123
manat olmuşdur. Beləliklə, 2024-cü illə
müqayisədə gəlirlər təxminən 41%, 2025-ci illə müqayisədə
isə təxminən
14% artmışdır.
Sədr qeyd edib ki, büdcə gəlirlərindəki bu artım vergi inzibatçılığının gücləndirilməsi
və ödəniş intizamının yüksəlməsi ilə bağlı olub.
Görüşdə əldə edilən vəsaitlə vətəndaşların
qaldırdığı problemlərin həllinə yönəldiyi də qeyd edilib. Belə ki, qəsəbənin Təbriz Xəlilbəyli və Möhsün Sənani küçələrinə asfalt
qırıntısı
yayılaraq
məhəllədaxili yollarda cari təmir işləri
aparılmışdır. Bununla yanaşı bələdiyyənin
balansında
olan xristian qəbirstanlığında da sökülmüş
hasarların
bərpası həyata keçirilmişdir.
Görüşdə iştirak edən “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli bələdiyyənin fəaliyyəti ilə bağlı öz fikir və mülahizələrini bildirib və yaranan suallara aydınlıq gətirib.
Belediyye.info
Rəylər
0 Rəy