Naidə Məmmədova: “Bu gün bələdiyyənin heç bir quruma, xüsusəndə DSMF-yə borcu olmasa da…”
“Bu gün əsas problemimiz ərazdə kifayət qədər sənədsiz əmlakın olmasıdır”- bu fikirləri Qaradağ rayonu, Ələt bələdiyyəsinin sədri Naidə Məmmədova bələdiyyənin sədr müavini Zülfüqar Zülfüqarov, bələdiyyənin baş mühasibi Həbibə Mansurovanın, Vergi xidmətinin rəisi Azad Musayevin, vergi müfəttişi İntizar Babayevanın və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakı ilə keçirilən görüşdə səsləndirib.
Sədrin sözlərinə görə, bu gün bələdiyyənin büdcə gəlirlərində
ötən ilin müvafiq dövrü ilə müqayisədə 15
faizlik artıma nail olunsa da, bu irəliləyiş bələdiyyənin kollektivini qane
etmir. Məqsədimiz il ərzində
25 faizlik artıma nail olmaqdır. Bu hədəfə çatmaq üçün bələdiyyənin vergi xidməti
və azsaylı kollektivi ciddi şəkildə çalışır. Hazırda ərazidə olan üç minə yaxın
vergi ödəyicisi Bələdiyyələrin Vahid İnformasiya Sistemində qeydiyyatdadır. Bu
gün bələdiyyənin heç bir quruma, xüsusəndə DSMF-yə borcu olmasa da, kifayət qədər
alacağımız var. Bunun üçün vergi ödəyiciləri ilə ciddi söhbətlər aparır, izahatlar
edilir, qanunverciliyin bir çox məqamlarına aydınlıq gətirilir. Əgər bu gün ərazidə ümumi təsərrüfatın beş faizədək hissəsində
çıxarış varsa, demək birinci növbədə əmlakın sənədləşdirilməsi ilə bağlı məsələlər
gündəmə gətirilməlidir.
Sədr qeyd
edib ki, bələdiyyə olaraq ərazidə olan şəhid və qazi ailələri daim diqqətdə
saxlanılır. Onlarla mütəmadi olaraq görüşlər keçirilir. Hər daim maddi və mənəvi
dəstək göstərilir.
Sədr görüşdə,
cari ilin birinci yarısı üzrə bələdiyyə büdcəsinə 20.535 manat vəsait
daxil olduğunu, onunda 9.821 manatı əmlak
vergisindən, 10.714 manatı torpaq vergisindən əldə edildiyini qeyd edib.
Görüşdə təəssüflə
bildirilib ki, icra-probasiyaya göndərilən müraciətlərin cavabsız qalması səbəbindən
bu istiqamətdən büdcəyə əlavə vəsait daxil olmayıb.
Vətəndaş
müraciətlərinə baxılması daim bələdiyyənin diqqət mərkəzində olduğunu qeyd edən
xanım sədr bildirib ki, hər gün bələdiyyənin rəsmilərinə edilən müraciətlər əsasən
vergi ödənişi və əmlakın sənədləşdirilməsi ilə bağlı olur. Bələdiyyədən asılı
olan digər məsələlər bütün hallarda dərhal öz həllini tapır. Ancaq bələdiyyədən
asılı olmayan məsələlərin həlli ilə bağlı isə tövsiyələr verilir.
Ciddi fikir mübadiləsi şəraitində keçən müzakirələrdə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Belediyye.info
Rəylər
0 Rəy