Təmraz Tağıyev: “Nərimanov bələdiyyəsinin əsas vəzifəsindən biri də əhalinin həssas qrupuna aid insanlara öz qayğı və diqqətini göstərməkdir”
“Nərimanov bələdiyyəsi tərəfindəb şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.
Sədrin sözlərinə görə, şəhid atası və anası Azər Ələddin
oğlu Səidov və Gülər Elxan qızı Səidova bələdiyyənin dəstəyi ilə müalicə üçün
Naftalan sanatoriyasına göndərilib.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya
görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım
Əliyevaya və Nərimanov bələdiyyəsinə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Azər Ələddin oğlu Səidov şəhid Ələddin Səidov atasıdır.
Ələddin Səidov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan
Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən
sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalıarı
ilə təltif edilib.
Azərbaycan Ordusunun əsgəri olan Ələddin Səidov 2020-ci il
sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı
altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın,
Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək
şücaət göstərmişdir. Ələddin Səidov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid
olub. Şəhid Bakı şəhərində dəfn olunub.
Sədr qeyd edib ki, bu gün maliyyə imkanları çərçivəsində Nərimanov bələdiyyəsinin əsas vəzifəsindən biri də əhalinin həssas qrupuna aid insanlara öz qayğı və diqqətini göstərməkdir.
Rəylər
0 Rəy