Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-05-2026 , 17:53

102

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: Əldə onunan vəsaitin nəticə etibari ilə vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilir

“Ötən ilin aprel ayı ilə müqayisədə cari ilin aprel ayı ərzində büdcə gəlirində 29.344 manat artım olub. Bu isə ümumilikdə 15 faizlik artım deməkdir”- bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov deyib.

Sədr qeyd edib ki, 2025-ci ilin aprel ayında əldə edilən 184.115 manatın   153.333 manatı əmlak vergisindən, 892 manatı  torpaq vergisindən 29.330 manatı mehmanxana rüsumlarından, 560 manatı isə avtodayanacaqlardan daxil olub.

2026-ci ilin aprel ayında isə  əldə edilən 213.459 manatın  170.916 əmlak vergisindən, 375 manatı  torpaq vergisindən 39.038 manatı mehmanxana rüsumlarından, 3.130 manatı isə avtodayanacaqlardan daxil olub.

Təhillər gösrtərir ki, ay üzrə əmlak vergisində 11 faiz, mehmanxana rüsumlarının həcmində isə 33 faizlik artım müşahidə olunub.

Sədr qeyd edib ki, bələdiyyənin vergi xidmətinin  səmərəli fəaliyyəti sayəsində ilin sonunadək büdcə vəsaitlərinin həcminin artım tempi ilə davam etməsi nəzərdə tutulub.

Əldə onunan vəsaitin nəticə etibari ilə rayonda vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər