Səkinə Kərimova: “Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bələdiyyə tərəfindən tədbirlər ardıcıl şəkildə həyata keçiriləcəkdir””
“Bələdiyyənin əsas gəlir mənbələrini torpaq və əmlak vergiləri
təşkil edir. 2025-ci ilin aprel ayı ilə müqayisədə cari ilin müvafiq dövründə bələdiyyənin gəlirlərində
artım müşahidə olunmuşdur”- bu fikirləri Belediyye.infoya Sabunçu rayonu,
Balaxanı bələdiyyəsinin sədri Səkinə Kərimova
deyib.
Sədr bildirib ki, 2025-ci ilin aprel ayında torpaq vergisi
üzrə daxilolmalar 1.402 manat, əmlak vergisi üzrə daxilolmalar 9.992 manat,
maliyyə sanksiyaları üzrə daxilolmalar isə 50 manat təşkil etmiş, ümumi
daxilolmalar 11.444 manat olmuşdur.
2026-cı ilin aprel ayında isə torpaq vergisi üzrə
daxilolmalar 8.047 manat, əmlak vergisi üzrə daxilolmalar 4.783 manat, stasionar ödənişlər üzrə 200
manat, maliyyə sanksiyaları üzrə isə 51 manat daxil olmuşdur. Bununla da ümumi
daxilolmalar 13.081 manat təşkil etmişdir.
Sədr qeyd edib ki, əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə ümumi gəlirlərdə artım qeydə alınmış və vergi
daxilolmalarının artırılması istiqamətində işlər davam etdirilməkdədir.
Bununla yanaşı, qəsəbə ərazisində abadlıq və təmizlik işləri
də həyata keçirilmişdir. 28 May küçəsində məişət tullantılarının ərazidən
daşınması, ərazinin təmizlənməsi və yollara şeben materialının yayılması təmin
edilmişdir. Həmin işlər üçün ümumilikdə 4.200 manat vəsait sərf olunmuşdur.
Eyni zamanda, Elnur Dadıyev küçəsində yollara daş tozu və
şeben materialının yayılması, eləcə də tamet işlərinin görülməsi həyata
keçirilmişdir. Görülmüş işlərə 1.862 manat vəsait xərclənmişdir.
Son dövrlərdə müşahidə olunan aramsız yağışların yaratdığı çətinliklərin
aradan qaldırılması və su basma hallarının qarşısının alınması məqsədilə bələdiyyə
tərəfindən 150 millimetrlik su nasosu alınmışdır. Nasos vasitəsilə qəsəbənin su
basmış ərazilərindən yağış sularının çəkilməsi təmin edilmişdir. Həmin məqsədlə 2.325 manat məbləğində vəsait sərf
olunmuşdur.
Aprel ayı ərzində bələdiyyə tərəfindən sosial yönümlü tədbirlərin
həyata keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Belə ki, qəsəbə ərazisində
yaşayan aztəminatlı ailələrə maddi yardımlar göstərilmiş, sosial həssas əhali
qruplarına dəstək məqsədilə ümumilikdə 1.164 manat məbləğində maliyyə yardımı
ayrılmışdır.
Sonda bildiririk ki,
Balaxanı Bələdiyyəsi tərəfindən qəsəbə ərazisində abadlıq, sosial müdafiə
və infrastruktur sahələrində işlərin davam etdirilməsi nəzərdə tutulur və yerli
əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində tədbirlər ardıcıl şəkildə
həyata keçiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy