Tədbir bələdiyyənin təşəbbüsü ilə keçirilib
Bu gün-02.02.2026-cı il tarixində Zirə Bələdiyyəsinin təşəbbüsü ilə 324 nömrəli tam orta ümumtəhsil məktəbində "Ailə Dəyərləri" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbir Xəzər rayonu, Zirə bələdiyyəsi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə əməkdaşlığı ilə təşkil olunmuşdur.
Tədbirdə sağlam ailə münasibətləri və gənc nəslin düzgün dəyərlərlə
yetişdirilməsinin vacibliyi vurğulanıb.
Sonda iştirak edən valideynlər və şagirdlər arasında
psixoloq iştirakı ilə diskussiya aparıldı.
Bu tip görüşlərin təşkili ailə-məktəb-cəmiyyət arasında sıx əlaqənin
gücləndirilməsi məqsədi daşıyır.
Zirə bələdiyyəsi
Rəylər
0 Rəy