Adil Xudadatov: “Bələdiyyə əldə olunan maliyyə vəsaiti ilə dayanıqlı maliyyə mənbəyini yaratmağa maraqlıdır”
“Büdcə gəlirlərinə görə, ölkə bələdiyyələri sırasında Sumqayıt bələdiyyəsi yenə birinci sırada yer alıb. 2024-cü ildə olduğu kimi, ötən ildə Sumqayıt bələdiyyəsinin büdcə gəliri ölkə bələdiyyələri arasında üç milyon manatı keçib”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.
Sədr qeyd edib ki, ötən il vergi yığımının həcmini
də 60 faiz artıra bilmişik. Belə ki, 2024-ci ildə 753.331 manat əmlak və torpaq
vergisi əldə edilmişdisə, ötən il bu rəqəm 1.204.245 manata bərabər
olub.
Bu gün Sumqayıt bələdiyyəsinin əsas məqsədi əldə olunan büdcə
gəlirlərini bundan sonra səmərəli xərcləməklə sakinlarıin qaldırdığı problemlərin həllinə yönəltməkdir.
Bununla yanaşı bələdiyyə əldə olunan maliyyə vəsaiti ilə dayanıqlı maliyyə mənbəyini yaratmağa maraqlıdır. Və bununla bağlı təklifləri artıq bələdiyyə
iclasına müzakirəyə çıxarmağa hazırlaşır.
Bələdiyyə sədrinin sözlərinə görə, bu gün
seçicilərimizə verilən
sözü tutmaq üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir.
Etiraf edək ki, vergilərin il ərazində 60 fazidən artıq artmasında Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun
təşəbbüsü və Azərbaycan Bələdiyyələrinin
Milli Assosiasiyalarının və “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin təşkilatçılğı
ilə həyata keçirilən layihələr, habelə təkmilləşdirilmiş Bələdiyyələrin
Avtomatlaşdırlımış Məlumat Sisteminin bələdiyyədə uğurla tətbiqinin danilmaz əhəmiyyəti
olub.
Sədr sonda qeyd edib ki, əmlak və torpaq vergisi ilə
bağlı kifayət qədər şəhərdə yığım
potensialı var. Vergi xidməti orqanı bununla bağlı yaranan imkanlardan kifayət
qədər istifadə etməyə çalışır.
Belediyye.info
Rəylər
0 Rəy