Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

15-04-2026 , 23:49

54

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Tələbələlərin bələdiyyə üzvləri ilə görüşü keçirilib

Sumqayıt Regional Vəkil Bürosu ilə Sumqayıt Bələdiyyəsi arasında və Qadın Təşəbbüsü  və Sosial Problemlərin Həllinə Yardım İB arasında bağlanmış əməkdaşlıq memorandumuna əsasən 15 aprel 2016-cı il tarixdə ölkənin müxtəlif Universitetlərinin Hüquq fakültələrində təhsil alan bir qrup tələbə ilə bələdiyyə üzvlərinin görüşü keçirilib.

Bələdiyyə sədri Adil Xudadatov tələbələri salamlayaraq, onlara Sumqayıt bələdiyyəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib, dərsdən asudə vaxtlarında bələdiyyə ilə könüllü əməkdaşlığa dəvət edib.

Tədbirdə Bələdiyyənin tələbələrə müxtəlif güzəştlər tətbiq etməsi, tələbə təqaüdünün təsis olunması imkanları müzakirə edilib.

Vəkil Anar Qasımlı tələbələrin bələdiyyəyə ekskursiyasının təşkili təşəbbüsünün yenilik olduğunu, Hüquq fakültələri  ilə bələdiyyələr arasında əməkdaşlağın, təcrübə mübadiləsinin zəruriliyini vurğulayaraq, səmimi qəbula görə təşəkkürünü bildirib.

Birlik sədri Zemfira Mustafayeva Sumqayıt bələdiyyəsinin fəaliyyətində nəzərəçarpacaq irəliləyişlərin olduğunu bildirərək, yerli özünü idarə etmə orqanlarının QHT-lərlə əməkdaşlağının zəruriliyinə diqqət çəkib.

Sonda xatirə şəkli çəkilib və görüşlərin davamlı olmasına qərar verilib.

Sumqayıt bələdiyyəsi

 

 

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər