Adil Xudadatov: “Vətəndaşın qaldırdığı məsələlərin bələdiyyəyə aid olanı mümkün qədər öz həllini tez tapmalıdır”
Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov növbəti vətəndaş qəbulunu keçirib. Qəbul zamanı sakinlər müxtəlif mövzularda müraciətlərlə çıxış ediblər. Əsasən kommunal xidmətlər, torpaq istifadəsi, yol və küçə infrastrukturu, bələdiyyə hüquqları və digər gündəlik problemlər görüşdə diqqət mərkəzində olub. Bələdiyyə sədri hər müraciəti diqqətlə dinləyərək, xüsusilə həllini mümkün olan məsələlər üçün aidiyyəti şöbələr üzrə tapşırıqlar verib.
Sədr bildirib ki, vətəndaşın qaldırdığı məsələlərin
bələdiyyəyə aid olanı mümkün qədər öz həllini
tez tapmalıdır. Bu həm də Sumqayıt şəhərində vətəndaş məmnunluğuna bələdiyyənin
verəcəyi bir töhfə olmalıdır.
Hər
bir vətəndaşın müraciətinə fərdi yanaşma göstərilir, həlli mümkün olmayan məsələlər
isə əlaqədar dövlət strukturlarına yönləndiriləcəkdir.
Xüsusilə vurğulayaq ki, bu cür açıq qəbul görüşləri bələdiyyə-sakin əlaqələrinin gücləndirilməsində, problemlərin vaxtında aşkara çıxarılmasına və aradan qaldırılması baxımından vacib rol oynayır.
Belediyye.info
Rəylər
0 Rəy