Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-01-2026 , 09:46

787

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Adil Xudadatov:Bələdiyyə əldə olunan maliyyə  vəsaiti ilə dayanıqlı maliyyə mənbəyini yaratmağa maraqlıdır

“Büdcə gəlirlərinə görə, ölkə bələdiyyələri sırasında  Sumqayıt bələdiyyəsi yenə birinci sırada yer alıb. 2024-cü ildə olduğu kimi, ötən ildə Sumqayıt bələdiyyəsinin büdcə gəliri ölkə bələdiyyələri arasında üç milyon manatı  keçib”- bu fikirləri Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov  deyib.

Sədr qeyd edib ki, ötən il vergi yığımının həcmini də 60 faiz artıra bilmişik. Belə ki, 2024-ci ildə 753.331 manat əmlak və torpaq vergisi əldə edilmişdisə, ötən il bu rəqəm 1.204.245 manata bərabər olub.

Bu gün Sumqayıt bələdiyyəsinin əsas məqsədi əldə olunan büdcə gəlirlərini bundan sonra səmərəli xərcləməklə sakinlarıin qaldırdığı problemlərin həllinə yönəltməkdir.

Bununla yanaşı bələdiyyə əldə olunan maliyyə  vəsaiti ilə dayanıqlı maliyyə mənbəyini yaratmağa maraqlıdır. Və  bununla bağlı təklifləri artıq bələdiyyə iclasına müzakirəyə çıxarmağa hazırlaşır.

Bələdiyyə sədrinin sözlərinə görə,  bu gün  seçicilərimizə verilən sözü tutmaq üçün yerli büdcənin lazimi şəkildə formalaşması əsas şərtdir.

Etiraf edək ki, vergilərin il ərazində 60 fazidən artıq artmasında  Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun təşəbbüsü və  Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyalarının və “Bələdiyyələrə onlyan xidmət” mərkəzinin təşkilatçılğı ilə həyata keçirilən layihələr, habelə təkmilləşdirilmiş Bələdiyyələrin Avtomatlaşdırlımış Məlumat Sisteminin  bələdiyyədə uğurla tətbiqinin danilmaz əhəmiyyəti olub.

Sədr sonda qeyd edib ki, əmlak və torpaq vergisi ilə bağlı  kifayət qədər şəhərdə yığım potensialı var. Vergi xidməti orqanı bununla bağlı yaranan imkanlardan kifayət qədər istifadə etməyə çalışır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz