Adil Xudadatov: “Bələdiyyə mülkiyyətinin səmərəli şəkildə istifadəsi perspektivdə büdcə daxilolmalarının həcminə də öz müsbət təsir göstərmiş olur"
SUMQAYIT BƏLƏDİYYƏSİNİN MUĞAM VƏ YARADILIQ MƏRKƏZİNDƏ KEÇİRİLƏCƏK TƏDBİRLƏRƏ BİLETİ BUNDAN SONRA İTİCKET.AZ SAYTINDAN ƏLDƏ EDƏ BİLƏRSİNİZ
“Bu gün bələdiyyənin əsas vəzifələrindən biri sabit, dayanıqlı maliyyə mənbəyinin yaradılması olmalıdır. Lakin bu vəzifənin icrası maliyyə vəsaiti tələb etdiyindən bütün hallarda bələdiyyənin vergi xidməti var gücü ilə çalışmalı, büdcə daxilolmalarını artırmaq üçün bütün vasitələrdən istifadə etməlidir”- bu fikirləri Belediyye.infoya Sumqayıt bələdiyyəsinin sədri Adil Xudadatov deyib.
Sədrin sözlərinə görə, Sumqayıt Şəhər İcra
Hakimiyyətinin başçısının şəxsi təşəbbüsü və dəstəyi, Sumqayıt bələdiyyəsinin təşkilatçılığı
ilə inşa edilən və bələdiyyənin nəzdində
yaradılan “Muğam və Yaradıcılıq mərkəzi”nin binasına bu günlərdə hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın
dövlət reyestrindən çıxarış alınıb.
Sədr əlavə edib ki, 2716 kv.metr sahəsi olan,
monumental üslubda inşa edilən Muğam və Yaradıcılıq Mərkəzində keçirilən tədbirlər
sayəsində bu gün bələdiyyə büdcəsinə
sabit maliyyə vəsaiti daxil olur. 400 nəfərlik zal tutumu olan mərkəzdə konsert
proqramlarının, təqdimatların, müxtəlif səpgili tədbirlərin təşkili üçün Sumqayıt bələdiyyəsinə müraciət etmək olar.
Sumqayıt bələdiyyəsinin Muğam və Yaradıcılıq Mərkəzin də keçiriləcək təbdirlərin
biletini isə bundan sonra iticket.az saytından əldə etmək olar. Mərkəzin
foyesində isə çay-kofe süfrəsini təşkil etmək mümkündür.
Tədbirlərin təşkili ilə bağlı mərkəzin məsul
vəzifəli şəxsləri Şəmistan Muradxanlı (055 336 36 45) və Fərhad Ələkbərli (010
239 65 36) əlaqə saxlamaq olar.
Sədr daha sonra qeyd edib ki, artıq ilkin
maliyyə vəsaiti bu istiqamətdən bələdiyyə büdcəsinə daxil olmaqdadır.
Bələdiyyə mülkiyyətinin səmərəli şəkildə
istifadəsi perspektivdə büdcə daxilolmalarının həcminə də öz müsbət təsir göstərmiş
olur. Odur ki, bələdiyyənin vergi xidməti bütün qüvvələrini səfərbər edərək
büdcə gəlirlərini artırmaqla əlavə dayanıqlı maliyyə mənbəyini yaratmağa
çalışır.
Məhz bu fəaliyyətin nəticəsidir ki, birinci
rüb ərzində vergilərin yığımında 21 faizlik artım müşahidə olunub.
Belediyye.info
Rəylər
0 Rəy