Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

21-01-2026 , 22:13

540

Son xəbərlər

Bütün xəbərlər

Nazirlik videoqəbul keçirib

Gündəlik Xəbərlər
26-01-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Əsli Qasımova: Bələdiyyə olaraq əsas məqsədimiz sakinlər üçün rahat və təmiz bir mühit yaratmaqdır


“Ötən il bələdiyyəmiz üçün həm iqtisadi göstəricilərin yaxşılaşdırılması, həm də sosial layihələrin icrası baxımından mühüm bir mərhələ olmuşdur. ​ Sevindirici haldır ki, vergi yığımlarında ciddi artım müşahidə olunur. Belə ki, vergi daxilolmaları 2024-cü illə müqayisədə 2 dəfə artırılmışdır. Beləki, 11976.99 manat torpaq vergisi, 35015.97 manat əmlak vergisi daxil olmuşdur.” Bu fikirləri Sumqayıt şəhər Hacı Zeynəlabdin bələdiyyəsinin sədri Əsli Qasımova deyib.  

Sədr qeyd edib ki, bu uğur təsadüfi deyil. Administrasiyanın,  Bələdiyyələrlə iş sektorunun təşəbbüsü, Milli Assosiasiyaların dəstəyi və Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) uğurlu tətbiqi sayəsində şəffaflıq və çeviklik təmin edilmişdir.

​İdarəetmənin səmərəliliyi baxımından il ərzində bələdiyyənin 23 iclası keçirilmiş və qəsəbə həyatı üçün əhəmiyyətli olan 56 məsələ ətrafında qərarlar qəbul edilmişdir.

​​Bələdiyyə olaraq əsas məqsədimiz sakinlər üçün rahat və təmiz bir mühit yaratmaqdır. Şirvan Yaşayış Massivi, 1-ci və 5-ci məhəllələrin daxili yollarının təmiri üçün şebel (çınqıl) yollara döşənmişdir. Qəsəbənin müxtəlif ərazilərində dekorativ ağac və güllər əkilmişdir. Müntəzəm iməcliklər vasitəsilə mövcud yaşıllıqlar qorunmuş, ağaclar budanmış və əhənglə ağardılmışdır.

Qəsəbə ərazisindəki həm rus, həm də müsəlman qəbiristanlıqlarında geniş abadlıq işləri aparılmışdır. Rus qəbiristanlığının ətrafına dəmir hasarlar çəkilmiş, yollar abadlaşdırılmış və su təchizatı üçün yeni xətlər çəkilərək bulaqlar tikilmişdir.

8 Mart, Novruz və Qurban bayramlarında və 31 Dekabr Dünya Azərbaycanlılarınn Həmrəylik günü və Yeni il münasibəti ilə şəhid ailələri, qazilər, tənha və aztəminatlı ailələr ziyarət edilmiş, onlara bayram sovqatları və maddi yardımlar təqdim olunmuşdur.

​6, 19 və 40 saylı məktəblərdə gənclərin sağlam gələcəyi üçün mühüm mövzularda – "Narkomaniyaya yox deyək", "Məişət zorakılığına qarşı mübarizə" və "Gender bərabərliyi" mövzularında tədbirlər keçirilərək bukletlər paylanmışdır.

Cari ildə daha böyük uğurlara imza atmaq üçün bələdiyyənin kollektivi və vergi xidməti indidən var qüvvəsi ilə çalışır.

Belediyye. info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər