Adil Xudadatov Milli Məclisin üzvü ilə sakinlərlə görüş keçirib
Sumqayıt bələdiyyəsinin
sədri Adil Xudadatov Milli Məclisin üzvü
Zaur Şükürovla birgə 17-ci
mikrorayon ərazisində sakinlərlə görüş keçirib. Görüşdə sakinləri narahat edən
problemləri dinlənilib. Qəbul zamanı sakinlər müxtəlif mövzularda müraciətlərilə
çıxış ediblər .
Əsasən
kommunal xidmətlər, torpaq istifadəsi, yol və küçə infrastruktur və digər gündəlik
problemlər diqqət mərkəzində olub.
Bələdiyyə
sədri hər bir müraciəti diqqətlə dinləyərək,
xüsusilə həllini yerindəcə tapmaq mümkün olan məsələlər üçün aidiyyəti üzrə
tapşırıqlar verib.
Görüşdə
xüsusilə vurğulanıb ki, bu cür görüşlər bələdiyyə-sakin əlaqələrinin gücləndirilməsində,
problemlərin vaxtında aşkara çıxarılması və aradan qaldırılması baxımından
vacib rol oynayır. Bu tərkibdə görüşlərin davam etdiriləcəyi deyilir.
Sumqayıt bələdiyyəsi
Rəylər
0 Rəy