Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

30-04-2026 , 19:14

72

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Naxçıvan
- +

Tahir Hüseynli: “Naxçıvan bələdiyyəsi tərəfindən sakinləri narahat edən məsələ öz həllini tapmışdır”

“Naxçıvan bələdiyyəsi olaraq daim vətəndaş müraciətlərini diqqətdə saxlayır və hər bir müraciətin həlli ilə bağlı ciddi addımlar atırıq” – bu fikirləri Naxçıvan bələdiyyəsinin sədri Tahir Hüseynli deyib.

Bununla bağlı həyata keçirilən layihəyə toxunan sədr qeyd edib ki,  Naxçıvan şəhəri, İstiqlal küçəsi 75 və 77 nömrəli binalarda yaşayan məhəllə sakinləri  Naxçıvan bələdiyyəsinə ərizə ilə müraciət edərək, həmin binaların arasında yerləşən və giriş yolu kimi istifadə olunan həyətyanı sahədə asfalt örtüyünün yararsız vəziyyətə düşdüyünü və avtomobillərin hərəkəti üçün qəza şəraitinin yarandığını bildirərək, yeni asfalt örtüyünün salınmasını xahiş etmişlər.

Sədr qeyd edib ki, sakinlərin müraciətinə yerində baxış keçirilmiş, İstiqlal küçəsi 75 və 77 nömrəli binaların arasında yerləşən 481 kv.m sahəni əhatə edən ərazidə mövcud asfalt örtüyünün köhnəlmiş və yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir.

Sakinlərin qaldırdığı məsələ bələdiyyə iclasında müzakirəyə çıxarılaraq həlli ilə bağlı qərar qəbul edilmişdir.

Sakinlərin müraciətinin təmin edilməsi, ərazidə abadlıq işlərinin aparılması və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi ilə Naxçıvan bələdiyyəsi tərəfindən ərazidə sakinləri narahat edən məsələ öz həllini tapmışdır.

Sakinlər bələdiyyənin həyata keçirdiyi layihənin icrasını razılıqla qarşılamışlar.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz