Məqsədimiz cəmiyyətin real ehtiyaclarına cavab verən təşəbbüslərin həyata keçirilməsidir: BƏLƏDİYYƏ SƏDRİ YAZIR
2025-ci ilə daxil olarkən qarşımızda duran əsas
məqsəd təkcə yeni layihələrə başlamaq deyildi. Əsas hədəf yerli idarəetmədə
sistem qurmaq, real vergi bazası yaratmaq, maliyyə intizamını təmin etmək və bələdiyyənin
imkanlarını şəhərin real ehtiyaclarına uyğun şəkildə yönəltmək idi. Biz aydın şəkildə
anlayırdıq ki, bu nəticələr bir ilin işi ola bilməz. Buna görə 2024–2025-ci illəri
mərhələli şəkildə baza quruculuğu dövrü kimi müəyyən etdik və bütün qərarlarımızı
bu strateji çərçivədə formalaşdırdıq. Ötən
ilin yekununa görə yerli büdcənin mədaxil hissəsi 3.750.000 manat və ya
proqnoz tapşırığının 191 faiz səviyyəsində icra edilmişdir. 2024-cü ildə yerli
büdcə gəlirləri 3 milyon təşkil etmişdisə 2025-cı ildə yerli büdcənin gəlirləri
709.000 manat çox olmuşdur. Bələdiyyə əmlakının icarəyə verilməsindən gəlirlər
növü üzrə yerli büdcəyə 1 .200 .000
manat məbləğində vəsait daxil olmuşdur ki, bu da proqnoz tapşırığının 176
faizini təşkil etmişdir. Bələdiyyə əmlakının özəlləşdirilməsindən gəlirlər tədiyyə
növü üzrə yerli büdcəyə 1 700 000 manat məbləğində vəsait daxil olmuşdur. Bu da
proqnoz tapşırığın 426 faiz deməkdir. “Fiziki şəxslərdən torpaq vergisi”
isə proqnoz tapşırığı üzrə 302 000 manat və ya 317 faiz səviyyəsində icra
olunmuşdur.“Fiziki şəxslərdən əmlak vergisi” tədiyyə növü üzrə yerli büdcəyə ötən
ildə 896 000 manat məbləğində vəsait daxil
olmuş, proqnoz tapşırığı 125 faiz
səviyyəsində icra edilmişdir.
Sumqayıt Bələdiyyəsinin yerli
büdcəsinin məxaric hissəsi isə 3 185 000
manat təşkil etmişdir ki, bu da proqnoza qarşı 163 faiz deməkdir.
Bu göstəricilərin heç biri təsadüfi
deyil. Əldə olunan
nəticələr yalnız yığımların artırılması ilə məhdudlaşmır, eyni zamanda idarəetmə
fəlsəfəsinin dəyişməsinin, yeni sistem yanaşmasının tətbiqinin real nəticəsidir.
Bu mərhələdə bələdiyyələr üçün yaradılmış yeni mexanizmlərin və
imkanların xüsusi rolunu qeyd etmək vacibdir. Azərbaycan Bələdiyyələrinin Milli
Assosiasiyasları tərəfindən bələdiyyələrin istifadəsinə verilmiş vahid
avtomatlaşdırılmış məlumat sistemi bütün bələdiyyələrin fəaliyyətində keyfiyyətcə
yeni mərhələnin əsasını qoymuşdur. Sözügedən sistem bələdiyyələrə çıxarışların
elektron formada əldə olunması,əmlak və torpaq üzrə məlumat bazasının vahid mərkəzdən
idarə edilməsi, ödəyicilərin dəqiq uçotunun aparılması və insan faktorundan
asılılığın minimuma endirilməsi imkanlarını yaratmışdır.Yeni sistemin tətbiqi nəticəsində
bələdiyyə vahid,mərkəzləşdirilmiş və real vaxt rejimində yenilənən məlumat
bazası əsasında fəaliyyət göstərməyə başlamışdır. Bu isə illərdir mövcud olan pərakəndə
uçot,natamam məlumat və faktiki vəziyyətlə sənədlər arasındakı uyğunsuzluqları
aradan qaldırmışdır.Nəticədə vergi ödəyicilərinin dairəsi genişlənmiş,uçotdan kənarda
qalan obyektlər sistemə daxil edilmişdir.Bu da əmlak və torpaq vergilərinin
hesablanmasında dəqiqliyi əhəmiyyətli dərəcədə artırmışdır.Yeni sistemin tərkib
hissəsi kimi SMS bildiriş mexanizminin tətbiqi bələdiyyə ilə vətəndaş arasında əlaqəni
daha şəffaf və operativ etmişdir. Artıq vergi ödəyicilərinə ödəniş məbləğləri,borclar
və bildirişlər birbaşa SMS vasitəsilə çatdırılır, bu isə həm məlumatlandırmanı
asanlaşdırmış,həm də könüllü ödənişlərin səviyyəsini yüksəltmişdir.Məqsəd
inzibati təzyiq deyil, məlumatlandırma və məsuliyyətin formalaşdırılması
olmuşdur.Bu yanaşma artıq sübut etmişdir ki,rəqəmsallaşma və vahid idarəetmə
modeli bələdiyyələrin dayanıqlı inkişafının əsas açarlarından biridir. Qeyd etmək yerinə düşər
ki, Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təmraz
Tağıyevin, habelə tədbirdə iştirak edən peşəkar tərəfdaşların,aidiyyəti
qurumların nümayəndələrinin iştirakı bələdiyyələrarası əməkdaşlığın gücləndirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir.
Əldə olunan bu maliyyə göstəriciləri
yalnız rəqəmlərdən ibarət deyil. Əsas məsələ ondan ibarətdir ki,yığılan vəsaitlərin
necə və hansı istiqamətlər üzrə xərcləndiyi şəffaf və aydın şəkildə təqdim
edilsin. Toplanan vəsaitlərin əsas hissəsi Sumqayıt şəhərində
Yaşayan əhalinin həyat keyfiyyətinin
yüksəldilməsinə şəhər mühitinin sağlamlaşdırılmasına və sosial ehtiyacların
qarşılanmasına yönəldilmişdir.
Bu prinsip əsasında ötən il ərzində
bələdiyyənin Yerli Sosial İnkişaf Proqramı çərçivəsində şəhər ərazisində bir
sıra mühüm layihələr icra edilmişdir. Bələdiyyənin sifarişləri əsasında şəhid Gəray
Məmmədov küçəsinə 3500 kv.metr, Yaşma bağlarında Cavidan Mirzəyev küçəsinə 2000
kv.metr, Sumqayıtçay ərazisində yerləşən şəhid Kənan Allahverdiyev küçəsinə
2274 kv.metr, Sumqayıt stansiyası 12 saylı avtobus marşurutunun son
dayanacağına 2000 kv.metr,Şəhid Coşqun Zeynallı küçəsinə isə 1000 kv.metr,33
saylı marşrut yoluna təsərrüfat və əhali sıxlığının yüksək olması nəzərə
alınaraq,nəqliyyat və piyadaların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi
məqsədilə 5000 kvadrat metr sahədə asfalt qoyulmuşdur. Şəhərin 49 və 52-ci məhəllə,
10,13 və 18-ci mikrorayonlarının,bağlar zonasının, İnşaatçılar qəsəbəsi ərazilərinə yeni asfalt örtüyü vurulmuşdur.
Bütövlükdə il ərzində 30.000
kv.metr yeni asfalt örtüyü vurulmuşdur.
Ötən il ərzində 21 iri və sosial əhəmiyyətli
infrastruktur layihəsinin həyata keçirilmişdir. İl ərizində bələdiyyənin iri
layihələrindən biri də şəhərin Sülh prospektində dəmir məhəccərlərin quraşdırılması
olmuşdur.Prospektin xiyaban zolağında
piyadaların təhlükəsizliyinin təmin edilməsi,eyni zamanda yol-nəqliyyat hadisələrinin
qarşısının alınması məqsədilə İcra Başçımız Zakir müəllimin təklif əsasında və
Sumqayıt Bələdiyyəsinin sifarişi ilə dəmir məhəccərlərin quraşdırılması layihəsinə
başlanılmışdır.Layihənin ümumi dəyəri 260 000 manatdır. İcra olunmuş işlərin dəyəri
120 000 manat təşkil etmişdir.
Hesabat ilində məhəllə komitələrinin və vətəndaş
müraciətləri əsasında şəhərin müxtəlif ərazilərində
20 qaranlıq küçəyə Sumqayıt şəhər “Küçə işıqları İdarəsi” ilə əməkdaşlıq çərçivəsində 217 ədəd küçə işıqları quraşdırılmışdır.Bu məqsədlə
ilə yerli büdcədən 49.000 manat vəsait xərclənmişdir.
Bələdiyyə parkında yenidənqurma və
landşaft işləri görülmüşdür.Park ərazisində 7000 kv.m tamet örtüyü dəyişdirilmişdir.
İl ərzində ekoloji layihələrin icrasına 165 000 manat yönəldilmişdir. Şəhər ərazilərində
23000-ə yaxın ağac sərv,aleandra,zeytun
və 10 000 yaxın mövsümi güllər əkilmişdir.
Bələdiyyə Parkında abadlıq və sosial mühitin yaxşılaşdırılması məqsədilə
ictimai məkanların daha funksional və əhalinin müxtəlif yaş qrupları üçün əlçatan
olması məqsədilə abadlıq işləri həyata keçirilmişdir. Bələdiyyə parkı Sumqayıt
şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun ilk dəfə 2000-ci ildə bələdiyyə
sədri seçildiyi dövrdə,bir ay yaxın qısa müddət ərzində formalaşdırılmış
parkdır. Həmin parkın yaradılması şəhər ərazisində ictimai məkanların təşkili və
əhalinin asudə vaxtının səmərəli keçirilməsi baxımından mühüm əhəmiyyət
daşımışdır.Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 8 iyul 2002-ci il tarixli 106 nömrəli “Bələdiyyə mülkiyyətinə verilən
dövlət əmlakının Siyahısının təsdiq edilməsi barədə” Qərarına əsasən sözügedən
“Şəhər bağı” Sumqayıt Bələdiyyəsinin
mülkiyyətinə aid edilmişdir. Lakin 2019-cu ildə yeni xəritələrin təsdiqi zamanı
həmin ərazi əvvəlki hüquqi statusu nəzərə alınmadan dövlət əmlakı kimi rəsmiləşdirilmişdir.Bununla
əlaqədar olaraq Sumqayıt Bələdiyyəsi tərəfindən rəsmi müraciət
edilmiş,İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə təqdim
olunan müraciət və Nazirlər Kabinetinin qeyd olunan qərarı əsasında sözügedən ərazinin
yenidən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi istiqamətində hüquqi
prosedurlara başlanılmışdır.Hazırda bu istiqamətdə müvafiq işlər davam
etdirilir və proses yekunlaşmaq ərəfəsindədir.Parkımızda eyni zamanda əhalinin
müxtəlif yaş qrupları abadlıq və sosial infrastrukturun yaradılması istiqamətində
tədbirlər həyata keçirilmişdir.Körpə fidanlarımız üçün yelləncəklər,oyun
atraksionları quraşdırılmış,digər nəslin – xüsusilə də ağsaqqalların açıq
havada vaxtlarını rahat və səmərəli şəkildə keçirmələri üçün ayrıca istirahət
sahələri yaradılmışdır.Əhalinin asudə vaxtının və ailəvi tədbirlərin ödənişsiz
təşkili məqsədilə piknik üçün nəzərdə tutulmuş yerlər yaradılmış,bu sahələr zəruri
avadanlıqla təmin olunaraq ictimai istifadəyə verilmişdir.Görülən işlər şəhər
sakinlərinin sosial rifahının yaxşılaşdırılmasına və açıq məkanlardan istifadənin
genişləndirilməsinə xidmət edir.
Ümumilikdə,yerli sosial inkişaf
proqramının icrasına yerli büdcədən 1
200 000 manat vəsait xərclənmişdir.
Keçən il ölkəmiz üçün xüsusi əhəmiyyət
daşıyan bir il olmuşdur.2025-ci il “Konstitusiya və Suverenlik İli” elan
edilmiş, eyni zamanda Sumqayıt şəhəri Azərbaycan Respublikasının “2025-ci il
üzrə Gənclər Paytaxtı” seçilmişdir. Bu iki mühüm status Sumqayıt şəhərində həyata
keçirilən sosial layihələrin məzmununa, istiqamətlərinə və görülən işlərinə
xüsusi məsuliyyət və strateji yanaşma qazandırmışdır. Bu istiqamət üzrə son bir
il ərzində Sumqayıt şəhərində reallaşdırılan sosial layihələr insanı,ailəni və
gəncliyi mərkəzə alan,konstitusion dəyərlərə və dövlət suverenliyinin möhkəmləndirilməsi
ideyasına söykənən ardıcıl fəaliyyət xətti üzərində qurulmuşdur. Məqsədimiz
yalnız ayrı-ayrı tədbirlərin təşkili deyildir, məqsədimiz Konstitusiyanın təmin
etdiyi hüquq və azadlıqlara əsaslanan, cəmiyyətin real ehtiyaclarına cavab verən
və uzunmüddətli sosial təsir yaradan təşəbbüslərin həyata keçirilməsi olmuşdur.
Əsas diqqət uşaq və gənclərin hüquqlarının qorunması,gender bərabərliyinin təşviqi,məişət
zorakılığına qarşı maarifləndirmə istiqamətlərinə yönəldilmişdir. Sumqayıt şəhərinin Gənclər
Paytaxtı statusu çərçivəsində uşaq və gənclərlə bağlı Sağlam düşüncə Gənclər Təşkilatı,Abşeron-Xızı
Regional Karyera Mərkəzi və Gənclər evi ilə birgə layihələr xüsusi intensivliklə
həyata keçirilmişdir.
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi
Günü münasibətilə keçirilən geniş ictimai tədbir bu fəaliyyətin mühüm tərkib
hissəsi olmuşdur.Bu layihələrin əsas mesajı aydın idi:uşaqların və gənclərin
rifahı dövlətin və cəmiyyətin gələcək inkişafının əsas təminatıdır. Gənclərin
sağlam həyat tərzinə təşviqi məqsədilə velosiped yürüşləri,mini futbol
yarışları və kütləvi idman təşəbbüsləri
həyata keçirilmişdir.Həyata keçirilən layihələr gənclərin asudə vaxtının səmərəli
təşkili, fiziki və psixoloji sağlamlığın möhkəmləndirilməsi ilə yanaşı, sosial fəallığın
artırılmasına xidmət etmişdir. “Konstitusiya və Suverenlik İli” çərçivəsində
gender bərabərliyi və məişət zorakılığına qarşı mübarizə məsələləri əsas
istiqamət kimi müəyyən edilmişdir.Bu sahədə dövlət qurumları,ictimai təşkilatlar
və yerli icmaların iştirakı ilə maarifləndirici tədbirlər keçirilmiş,hüquqi
mexanizmlər və erkən nikaha müdaxilə imkanları geniş şəkildə izah olunmuşdur.
Şəhid ailələri və qazilərlə bağlı
həyata keçirilən fəaliyyətlər,milli-mənəvi dəyərlərin qorunması, Zəfər Gününə həsr
olunmuş vətənpərvərlik və intellektual layihələr isə dövlət suverenliyinin cəmiyyətin
mənəvi şüurunda möhkəmləndirilməsinə xidmət etmişdir. Ümumilikdə,2025-ci ildə
Sumqayıt Bələdiyyəsi tərəfindən icra
olunan sosial layihələr - Konstitusiya dəyərlərinə əsaslanan,gənclərin
potensialını ön plana çıxaran,dövlət siyasəti ilə uzlaşan və uzunmüddətli
sosial təsir hədəfləyən təşəbbüslər olmuşdur.
Diqqətimiz bələdiyyədə çalışan əməkdaşların
və vətəndaşların rahat fəaliyyət göstərməsi üçün inzibati və sosial şəraitin
yaxşılaşdırılmasına yönəldilmişdir.
Ötən il ərzində Sumqayıt Bələdiyyəsinin
fəaliyyətinin daha səmərəli təşkili,idarəetmə və nəzarət imkanlarının genişləndirilməsi,əməkdaşların
iş şəraitinin yaxşılaşdırılması,eləcə də şəhər təsərrüfatı və ictimai məkanların
funksionallığının artırılması məqsədilə əsas vəsaitlərin və inventarların
alınması istiqamətində planlı və məqsədyönlü tədbirlər həyata
keçirilmişdir.
Bu tədbirlər çərçivəsində
informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişləndirilmiş,inzibati
binamızda texniki təminat gücləndirilmiş,zəruri
avadanlıq və inventarlarla təmin olunmuşdur.Bələdiyyənin elektron idarəetmə
imkanlarının artırılması məqsədilə müasir tələblərə cavab verən kompüter, noutbuk və monitorlar,printer və
çoxfunksiyalı çap qurğuları, planşet,yaddaş daşıyıcıları,qrafik komputer dəstləri
alınmışdır.Bu avadanlıqlar maliyyə uçotu,vergi inventarizasiyası, sənədləşmə və
vətəndaş müraciətlərinin operativ icrası üçün istifadə olunur.İcra olunan işlərin
operativliyinin və dəqiqliyinin artırılması,habelə nəzarət və ölçmə proseslərinin
müasir texnoloji tələblərə uyğun təşkili məqsədilə real vaxt rejimində məlumatların
ötürülməsini təmin edən,yeni texnologiyalara uyğun GPRS aparatı alınmışdır.
Müşahidə və təhlükəsizlik kameraları, proyektorlar, kondisionerlər alınaraq
müvafiq struktur bölmələr üzrə paylanmışdır.Sumqayıt Bələdiyyəsinə ofis mebelləri
alınmış,köhnəlmiş inventarlar mərhələli şəkildə yenilənmişdir.Bələdiyyənin
operativ fəaliyyətinin təmin edilməsi,sahə işlərinin çevik təşkili və vətəndaş
müraciətlərinə yerində baxılmasının səmərəliliyinin artırılması məqsədilə
maddi-texniki baza gücləndirilmiş və 3 ədəd yeni “Changan A05” sedan markalı
minik avtomobilləri alınmışdır.
Vətəndaş müraciətlərinin mərkəzləşdirilmiş
qaydada qəbulu və operativ icrasının təmin edilməsi üçün Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinə edilmiş rəsmi müraciət əsasında 1923-4 rəqəmli çağrı mərkəzinin
aktivləşdirilməsi də həyata
keçirilmişdir. Görülmüş bu tədbirlər nəticəsində Sumqayıt Bələdiyyəsinin
maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, idarəetmə və nəzarət
imkanları genişləndirilmiş, əməkdaşların iş şəraiti yaxşılaşdırılmış,xidmətlərin
operativliyi və keyfiyyəti artırılmışdır.
İl ərzində müntəzəm olaraq vətəndaş
qəbulları keçirilmişdir.Ümumilikdə vətəndaş qəbullarımızda 400-dən çox şəhid
ailələri,qazilər və sosial həssas təbəqəyə aid vətəndaşlar iştirak etmişdir.Vətəndaş
müraciətləri yerində dinlənilmiş,diqqət mərkəzində saxlanılmış, və mümkün həll
mexanizmləri üzrə konkret addımlar atılmışdır.
Əldə olunan nəticələr ilk növbədə
Sumqayıt Bələdiyyəsinin təşəbbüsü,koordinasiyası və sistemli fəaliyyəti nəticəsində
mümkün olmuşdur.Bələdiyyə öz səlahiyyətləri çərçivəsində şəhər ərazisində fəaliyyət
göstərən idarə və qurumlarla məqsədyönlü əməkdaşlıq mexanizmləri qurmuşdur.
Bu əməkdaşlığın ən bariz nümunələrindən
biri də Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə qarşılıqlı fəaliyyət olmuşdur.Əməkdaşlıq
prosesində şəhər ərazisində abadlıq və infrastruktur layihələrinin icrası, mühəndis-kommunikasiya
xətlərinin qorunması, küçə və məhəllələrdə aparılan işlərin mərhələli şəkildə əlaqələndirilməsi
təmin edilmişdir. Şəhər təsərrüfatı sektorunda fəaliyyət göstərən müvafiq
qurumlarla da sıx əməkdaşlıq qurulmuşdur. Azərişıq Açıq Səhmdar Cəmiyyəti,İri şəhərlərin
Birləşmiş Su Təchizatı Xidməti,Azəriqaz İstehsalat Birliyi və Sumqayıt Bulvarı
MMC ilə koordinasiyalı şəkildə işlər aparılmışdır.Bələdiyyə mülkiyyətinə daxil
olan yaşıllıq sahələrinin qorunması və genişləndirilməsi,ərazilərin gündəlik təmizliyi
və sanitariya vəziyyətinin təmin edilməsi məqsədilə Sumqayıt şəhər
Yaşıllaşdırma İdarəsi və Təmizlik Departamenti ilə sıx əməkdaşlıq edilmişdir.Ötən
il ərzində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xidmət dairəsinə
daxil olmayan ərazilərdə yəni 20-21-ci mik, 50-51-52-ci məhəllələrdə,Kotec qəsəbəsində,Novxanı,Qurd
dərəsi,Xəzər bağları, Kimyaçılar qəsəbəsində də təmizlik və abadlıq işlərinin aparılmasının
təmin edilməsi məqsədilə aidiyyatı qurumun təmizlik üzrə əməkdaşları ilə birgə
iməcliklər təşkil olunmuş,məişət tullantılarının vaxtında yığışdırılması və
ümumi abadlıq səviyyəsinin saxlanılması təmin edilmişdir.
Sumqayıt Şəhər İcra Hakimiyyəti
ilə birgə aparılan koordinasiyalı fəaliyyətin tərkib hissəsi olaraq, şəhər ərazisində
torpaq münasibətlərinin tənzimlənməsi, mülkiyyət hüquqlarının dəqiqləşdirilməsi
və qanunsuz istifadə hallarının aradan qaldırılması məqsədilə komissiyalar
yaradılmışdır. Bu komissiyanın fəaliyyəti nəticəsində hüquqi sənədi olmadan
istifadəsində artıq torpaq sahələri olan vətəndaşlar müəyyən edilmiş,həmin şəxslər
qanunvericiliyin tələblərinə uyğun şəkildə sənədləşməyə cəlb olunmuşdur. Sənədləşmədən
yayınan vətəndaşlar üzrə toplanmış materiallar qanuni prosedurlara uyğun olaraq
icra mexanizmlərinə və zəruri hallarda isə hüquq-mühafizə orqanlarına təqdim
edilmişdir. Hal-hazıki vəziyyətə qədər 16 zəbtolunma üzrə sənəd şəhər
prokurorluğuna və polis idarəsinə göndərilmiş, 7 nəfərə qarşı artıq cinayət iş
başlanılmışdır.Digər bir tərəfdən bələdiyyə ödənişlərindən yayınma halları ilə
bağlı qəbul edilmiş qərarlar və həmin qərarlara əsasən hazırlanmış rəsmi məktublar
müvafiq icra idarəsinə yönəldilmişdir.İcra idarəsi tərəfindən daxil olmuş
müraciətlərə qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmış, mövcud icra
mexanizmləri tətbiq edilmiş və nəticədə vergi öhdəliklərinin məcburi qaydada
yerinə yetirilməsi təmin olunmuşdur. Görülmüş tədbirlər bələdiyyə qərarlarının icraedici
xarakterini,eləcə də bələdiyyə ilə icra idarəsi arasında formalaşmış sıx
işgüzar əməkdaşlığın səmərəliliyini açıq şəkildə ortaya qoymuşdur.
Sumqayıt Regional Ədliyyə İdarəsi
ilə əməkdaşlıq çərçivəsində isə bələdiyyənin fəaliyyətində hüquqi prosedurların
şəffaf aparılması və normativ tələblərə riayət olunması baxımından mühüm
addımlar atılmışdır. Bu əməkdaşlıq bələdiyyənin torpaq və əmlak münasibətlərinin
hüquqi tənzimlənməsində,mülkiyyət hüquqlarının qanunvericiliyə uyğun rəsmiləşdirilməsində
və mövcud hüquqi boşluqların aradan qaldırılmasında xüsusi rol oynamışdır. Əməkdaşlıq
çərçivəsində torpaq və əmlak münasibətləri sahəsində yaranan mübahisəli məsələlər
hüquqi müstəvidə araşdırılmış, müvafiq normativ-hüquqi aktlara əsaslanaraq qərarların
qəbul olunması təmin edilmişdir.
Hüquqi əsaslar üzərində
dayanaraq,icra mərhələsinə keçid məhz 2025-ci ildə real və ölçülə bilən nəticələrlə
müşayiət olunmuşdur. Əgər əvvəlki dövrlərdə bu istiqamətdə əsasən normativ və
planlaşdırma mərhələsi həyata keçirilirdisə,ötən il Sumqayıt Bələdiyyəsi üçün
faktiki icra ili olmuşdur.Məhz 2025-ci ildə Sumqayıt şəhərinin inzibati ərazisinin
genişləndirilməsi ilə bağlı ən mühüm praktiki addımlar atılmışdır. Bakı
şəhəri Binəqədi rayonunun,Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin
müəyyənləşdirilməsi haqqında” 2023-cü il 17 oktyabr tarixli Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı” na əsasən Sumqayıt şəhərinin inzibati ərazisinin
genişləndirilməsi məqsədilə Sarıqaya ərazisi
üzrə 1588 hektar, Yaşma bağlar massivi üzrə 2223.67 ha üzrə ümumilikdə 3811.67
hektara yaxın torpaq sahəsinin Sumqayıt şəhərinin balansına verilməsi torpaq və
əmlak münasibətlərinin hüquqi tənzimlənməsi baxımından mühüm mərhələ olmuşdur.
Sözügedən Sərəncam bu ərazilərdə uzun illər mövcud olan hüquqi qeyri-müəyyənliyin
aradan qaldırılmasına və sistemli sənədləşmə prosesinin başlanılmasına real
hüquqi zəmin yaratmışdır. Fərman və tapşırıqların icrası, eləcə də aparılmış
sayım və inventarizasiya nəticəsində torpaq və əmlak münasibətlərinin hüquqi müstəvidə
tənzimlənməsi üçün zəruri şərait yaradılmışdır.Aydın şəkildə qeyd olunmalıdır
ki, bu prosesin icrası 5 avqust 2025-ci il tarixində Sumqayıt Bələdiyyəsi ilə “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi”
MMC ilə müqavilə bağlanmışdır. Sözügedən müqavilə Sumqayıt şəhərinin adıçəkilən
ərazilərində daşınmaz əmlakların elektron kadastr uçotunun aparılmasını nəzərdə
tutmuşdur. Bu prosesdə cənab Zakir Fərəcovun ardıcıl mövqeyi, prinsipial yanaşması, təşəbbüskarlığı
və əvəzolunmaz dəstəyi həlledici rol oynamışdır. Məhz bu siyasi və inzibati
iradənin nəticəsi olaraq illərdir hüquqi statusu qeyri-müəyyən qalan torpaq sahələrinin
dürüstləşdirilməsi hal-hazırdada aparılır.
Qeyd olunan müqavilənin icrası çərçivəsində
2025-ci il avqustun 12-dən etibarən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri
üzrə Dövlət Xidməti ilə birgə bələdiyyə əməkdaşlarının iştirakı ilə yaradılmış
müvəqqəti komissiyalar sahə üzrə ölçmə və kadastr işlərinə başlanılmışdır. İşlər
normativ tələblərə uyğun, mərhələli və sistemli şəkildə aparılmışdır.
Xüsusilə vurğulanmalıdır ki,
Novxanı, Sarıqaya və Corat bağları üzrə uzun illər yerində ölçmə aparılmayan, sənədləşmə
baxımından boşluqlar mövcud olan ərazilərdə faktiki vəziyyət dəqiqləşdirilmiş,torpaq
sahələrinin sərhədləri yerində müəyyən edilmiş və ölçmə işləri
yekunlaşdırılmışdır. Hazırda bu proses kameral mərhələdə davam etdirilir,
paralel olaraq Yaşma bağları ərazisində də işlər mərhələli şəkildə icra olunur.
Bu gün keçirilən tədbirdə
Sumqayıt şəhərini Milli Məclisdə təmsil edən millət vəkillərimizin iştirak etməsi
bizim üçün xüsusi bir əhəmiyyət kəsb edir. Fürsətdən istifadə edərək, hər
birinizə tədbirimizdə iştirak etdiyinizə
görə səmimi təşəkkürümüzü bildiririk. Məlumat
üçün bildirirəm ki, hazırkı mərhələdə millət vəkilimiz xanım Mehriban Vəliyeva ilə birgə nəticəyönümlü əməkdaşlıq həyata keçirilmiş
və Yaşıldərə yaşayış massivində vətəndaş
qəbulu keçirilmişdir. Qəbul zamanı sakinlərin müraciətləri yerində dinlənilmiş,mövcud
sosial, infrastruktur və məişət problemləri birbaşa və açıq müzakirə
olunmuşdur. Bələdiyyənin səlahiyyət və imkanları daxilində olan məsələlər üzrə
qərarlar qəbul edilmiş, həlli dərhal mümkün olmayan problemlər isə qeydiyyata
alınaraq aidiyyəti qurumlarla birgə qarşıdakı dövrdə mərhələli şəkildə həll
olunması məqsədilə nəzarətə götürülmüşdür. Yaşıl Dərə ərazisinin kontingent
baxımından mürəkkəbliyi, əhali axının yüksək olması, məskunlaşma hallarının geniş yayıldığı ərazi olduğu üçün bu
yaşayış massivinə Sumqayıt şəhər İcra Hakimiyyətinin, millət vəkillərimizin və
Sumqayıt Bələdiyyəsinin yanaşması hər zaman humanist və sosial məsuliyyət
prinsiplərinə əsaslanmışdır. Sumqayıt şəhərini özləri üçün bir sığınacaq, təhlükəsiz
və doğma məkan kimi qəbul etdiklərinə görə bu vətəndaşlarımızın problemlərinə hər
zaman anlayış və həssaslıqla yanaşılmışdır.
Böyük fərəh hissi ilə qeyd etmək
istərdim ki, 2025-ci ildə Sumqayıt Bələdiyyəsi Respublika üzrə fəaliyyət göstərən
74 şəhər bələdiyyəsi arasında görülən
işlərin səmərələliyinə, əzmkar və nəticəyönümlü fəaliyyətinə görə BİRİNCİ
SIRADA qərarlaşmışdır.
Bu uğur yalnız bir qurumun
deyildir. Əldə
olunan uğur bütün aidiyyəti strukturların, rəhbərliyin və şəhərə ürəkdən bağlı
olan insanların birgə fəaliyyətinin uğurudur.
Bizim nəticəyönümlü fəaliyyətimizdə şəhərdə fəaliyyət göstərən nümunəvi vergi ödəyiciləri
olan sahibkarlarımızın da rolu danılmazdır. Onlar məsuliyyətli və vətəndaş
mövqeyi nümayiş etdirərək, ödənişlərini vaxtında və tam şəkildə həyata keçirmişlər.
Sahibkarlar faktiki olaraq Sumqayıt Bələdiyyəsinin tərəfdaşı kimi çıxış etmiş,
şəhərin abadlaşdırılması, sosial layihələrin icrası və ictimai infrastrukturun
inkişafında dolayı, lakin əhəmiyyətli rol oynamışlar. Belə nümunəvi vergi ödəyicilərinin
mövcudluğu Sumqayıt Bələdiyyəsinin fəaliyyətini gücləndirən əsas dayaqlardan
biridir və bu yanaşma şəhər-bələdiyyə-sahibkar əməkdaşlığının düzgün
qurulduğunu açıq şəkildə göstərir. Tədbirimizdə iştirak edən hər bir
sahibkarımıza il ərzində bələdiyyəyə göstərdiyiniz məsuliyyətli və nümunəvi
mövqeyinizə görə ayrı-ayrılıqda təşəkkürümüzü bildiririk.
Sumqayıt Bələdiyyəsinin bu uğurlu
nəticəni əldə etməsinin arxasında çox gözəl, peşəkar və bir-birini tamamlayan
bir vahid kollektiv dayanır. Əldə olunan birincilik göstərir ki, Sumqayıt Bələdiyyəsində
peşəkar və gənclərdən ibarət işçi heyəti
var və bu heyətimiz qarşıdakı illərdə də şəhərin inkişafı üçün daha böyük işlər
görməyə qadirdir.
Bu uğurlu nəticəni əldə etməsinin
arxasında peşəkar icra strukturları ilə yanaşı,eyni zamanda bələdiyyə üzvlərinin
də fəal mövqeyi, məsuliyyətli yanaşması və birgə əməkdaşlığı dayanır. Bələdiyyə
üzvləri şəhərin inkişafı ilə bağlı qərarların qəbulunda,sosial layihələrin irəli
sürülməsində və icrasında yaxından iştirak edərək bu nəticələrin formalaşmasına
mühüm töhfə vermişlər.
Sumqayıt Bələdiyyəsinin bu hesabat təkcə görülən
işlərin sadalanması deyil. Biz hesab edirik ki, hesabatlılıq yalnız uğurları deyil, həm də reallığı
da olduğu kimi deməyi tələb edir.
Cari ildə Sumqayıt şəhər İcra Hakimiyyətinin,
kollektivin və seçicilərimizin birgə səyi
ilə daha böyük uğurlara imza atmaq niyyətindəyik.
Adil Xudadatov
Sumqayıt Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy