Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2026 , 23:56

57

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Təltif edilənlər arasında Sumqayıt  bələdiyyəsinin xanım qulluqçuları da var

Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, Sumqayıt bələdiyyəsinin rəsmiləri və qulluqçular, şəhid və qazi ailəsinin üzvləri, şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən, elm, təhsil, səhiyyə, mədəniyyət, hüquq mühafizə və digər sahələrdə çalışan qadınlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Sumqayıt  şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov  qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, Azərbaycan qadınının dövlətçilik tariximizdəki müstəsna rolunu, onların göstərdikləri yüksək mənəvi mövqeyi və vətənpərvərlik nümunəsini vurğulamışdır. Qeyd etmişdir ki, Azərbaycanda dövlət qadın siyasətinin əsasları Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün həmin uzaqgörən strateji xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir.

Daha sonra çıxış edən natiqlər bu gün Azərbaycan qadınının öz gücü, zəkası, humanizmliyi, beynalxalq aləmdəki nailiyyətləri ilə seçilən qalib xalqın aparıcı qüvvəsi olduğunu bildiriblər.

Çıxış edən xanımlar  onlara göstərilən diqqət və qayğıya görə ölkə başcısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə və şəhərin ictimai həyatında fəal iştirakına görə bir sıra xanımı Sumqayıt şəhər İcra Hakimiyyətinin “Fəxri Fərman”ları ilə təltif edib. Təltif olunanlar arasında  Sumqayıt bələdiyyəsinin əməkdaşları Nigar  Qafarova, Könül Ələsgərova,  Ramilə Qəmbərova da var.

P.S. Təltif  olunan xanımları təbrik edir, Sumqayıt bələdiyyəsinin inkişafında bundan sonra səmərəli fəaliyyətləri ilə daha yüksək nailiyyətlər göstərmələrini arzu edirəm.  




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər