Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-11-2026 , 23:12

153

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Mürsəl Eminov: “Cari ildə bələdiyyənin vergi xidməti tərəfindən büdcə gəlirlərinin artırılması istiqamətində tədbirlər görülüb”

Binəqədi bələdiyyəsinin cari ilin oktyabr ayında keçirilən iclasında 2027-ci il üzrə bələdiyyə büdcəsinin layihəsi müzakirə olunub. Növbəti il üçün büdcənin gəlir hissəsi 1 milyon 150 min manat məbləğində proqnozlaşdırılıb.

Büdcə vəsaitlərinin səmərəli bölüşdürülməsi məqsədilə iclasda müvafiq müzakirələr aparılıb, əsas xərc istiqamətləri müəyyənləşdirilib. Belə ki, əməkhaqqı və əməkhaqqı fondunun artırılması, mədəni-kütləvi və bayram tədbirlərinin təşkili, eləcə də maddi yardım xərcləri ilə bağlı dəyişikliklər edilib.

Bu barədə Belediyye.infoya Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov məlumat verib.

Sədr bildirib ki, cari il ərzində bələdiyyənin vergi xidməti tərəfindən büdcə gəlirlərinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Aparılan işlər və müzakirələr nəticəsində əmlak vergisi üzrə daxilolmalarda artım müşahidə olunub.

Mürsəl Eminovun sözlərinə görə, 2026-cı ilin ilk 10 ayı ərzində bələdiyyə büdcəsinə ümumilikdə 666 988 manat gəlir daxil olub. Dövlət tərəfindən ayrılmış 79 000 manat dotasiya da nəzərə alınmaqla, ümumi daxilolmaların məbləği 745 988 manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə bələdiyyə büdcəsinə 562 963 manat gəlir daxil olub. Dövlət dotasiyası ilə birlikdə həmin dövrdə ümumi daxilolmalar 641 963 manat təşkil edib.

Beləliklə, 2026-cı ilin ilk 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə büdcə gəlirləri 104 025 manat və ya təxminən 18 faiz artıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər