Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

17-09-2026 , 06:12

201

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Yerli vergilərin tarif dərəcələrinə yenidən baxılsın”


“Bu gün yerli vergilərin tarif dərəcələrinə yenidən baxılmasına, onun differensiallaşdırılmasına ehtiyac var. Biz bu tariflərin əsasən qeyri-yaşayış sahələrinə tətbiq edilməsini təklif edirik” – bu fikirləri Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasıyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev  Milli Məclisin Regional məsələlər Komitəsinin payız sessiyasının ilk iclasında deyib.

Sədr qeyd edib ki, necə ola bilər ki, böyük bir sahəyə məxsus hansısa ticarət və ictimai iaşə obyektini icarəyə verərək ayda 30 min manata qədər vəsaitin alındığı halda, bələdiyyəyə il ərzində maksimum 1500 manat ödənilir.

1999-cu ildən bəri hər hansı formada yerli vergilərin tariflərində  dəyişiklik olmayıb. Bu çox vacib məsələdir və bu addım atılarsa  bələdiyyələrimizin inkişaf səviyyəsi də artar, nəticədə hər bir bələdiyyə vətəndaş məmnunluğunun təmin edilməsinə də öz töhfəsini daha çox vermis olar.

Sədr Milli Məclisin Regional məsələlər Komitəsinin üzvlərindən bu məsələni diqqətdə saxlamağı xahiş edib.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
526