Maştağa bələdiyyəsi tərəfindən növbəti abadlıq və cari yol təmir işləri həyata keçirilib
Vətəndaş müraciətlərinə operativ baxılması və yaşayış məntəqələrində yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində Maştağa bələdiyyəsi tərəfindən növbəti abadlıq və cari yol təmir işləri icra olunmuşdur.
Maştağa
bələdiyyəsinin 18.06.2026-cı il tarixli, 12 saylı protokoluna əsasən, Vətən
müharibəsi veteranı Məmmədov Səyyaf Gəray oğlunun müraciəti nəzərə alınaraq
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat–Maştağa şosesi ərazisində yerləşən
məhəllədaxili dalanda cari yol təmir işləri həyata keçirilmişdir.
Görülmüş
işlər çərçivəsində məhəllədaxili yol xüsusi texnikalar vasitəsilə
hamarlanmış,çökəklik və çuxurlar karbonat və çınqıl materialları ilə
doldurularaq möhkəmləndirilmiş, yol səthi bərabərləşdirilərək istifadəyə
yararlı vəziyyətə gətirilmişdir.
Həyata
keçirilmiş işlər nəticəsində məhəllə sakinlərinin, xüsusilə Vətən müharibəsi
veteranının və ailəsinin gündəlik gediş-gəlişi üçün daha təhlükəsiz və rahat
şərait yaradılmışdır.
Maştağa bələdiyyəsi vətəndaş müraciətlərinə həssas yanaşaraq qəsəbənin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
Sabunçu rayonu, Maştağa bələdiyyəsi
Rəylər
0 Rəy