Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-10-2026 , 23:15

73

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Sumqayıt
- +

Nərmin Mehdiyeva: “Könüllü ödəniş təmin olunmadığı təqdirdə…”

Sumqayıt Bələdiyyəsi tərəfindən yerli büdcə daxilolmalarının artırılması, vergi intizamının gücləndirilməsi və vergi ödəyicilərinin öz öhdəliklərini vaxtında yerinə yetirməsinin təmin olunması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Vətəndaşlarla operativ əlaqənin təmin edilməsi məqsədilə bələdiyyənin qaynar xətt və SMS məlumatlandırma imkanlarından geniş istifadə olunur. Vergi borcu olan şəxslərə əvvəlcədən hazırlanmış standart məzmunlu SMS bildirişləri göndərilir. Bildirişləri alan vətəndaşlar bələdiyyə ilə əlaqə saxlayaraq borclarının məbləği, yaranma səbəbləri və ödəniş qaydaları barədə ətraflı məlumat əldə edirlər.

Bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədr müavini Nərmin Mehdiyeva deyib.

Sədr müavini deyib ki, problemli vergi ödəyiciləri zərurət yarandıqda bələdiyyəyə dəvət olunur, vergi xidməti üzrə məsul əməkdaşlar tərəfindən onlara mövcud borcları və qanunvericiliklə müəyyən edilmiş öhdəlikləri izah edilir. Könüllü ödəniş təmin olunmadığı təqdirdə isə borcların alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hüquqi prosedurlar tətbiq edilir. Vergi borclarının yığılması istiqamətində inzibati və hüquqi mexanizmlərdən istifadə olunur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, vergi öhdəliklərini yerinə yetirməyən problemli ödəyicilərlə bağlı hər ay bələdiyyə iclaslarında orta hesabla 100-ə yaxın fərdi işə baxılır, müvafiq qərarlar qəbul edilərək icra tədbirlərinin görülməsi üçün aidiyyəti icra qurumlarına yönləndirilir.

Sədr müavini daha sonra bildirib:

“Fəaliyyətimizin digər mühüm istiqaməti vergi ödəyicilərinin hüquqi maarifləndirilməsidir. Bu məqsədlə bələdiyyənin rəsmi sosial şəbəkə hesablarında əmlak və torpaq vergisinin ödəyiciləri, vergitutma qaydaları, ödəniş müddətləri, mövcud güzəştlər və vergi öhdəlikləri barədə mütəmadi məlumatlar paylaşılır. Bununla da vətəndaşların vergi qanunvericiliyi barədə məlumatlılığının artırılmasına və könüllü ödəmə mədəniyyətinin formalaşdırılmasına xüsusi diqqət yetirilir. Əsas məqsədimiz yalnız vergi borclarının məcburi qaydada alınması deyil, ilk növbədə vətəndaşların məlumatlandırılması, könüllü ödənişlərin təşviq edilməsi və yerli büdcəyə daxilolmaların davamlılığının təmin olunmasıdır.”

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər