Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-03-2025 , 00:04

571

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Allah rəhmət eləsin!

Region
- +

Sabiq bələdiyyə sədri dünyasını sədri 

Masallı ictimaiyyətinə itki üz verib.

Rayonun ictimai-siyasi həyatında xidmətləri olmuş gözəl ziyalı, uzun illər müxtəlif vəzifələrədə çalışmış İsrail Sabir oğlu Tağıyev 64 yaşında dünyasını dəyişib.

İsrail Tağıyev 16 yanvar 1961-ci ildə Masallı rayonunun Ərkivan kəndində anadan olub.

Orta təhsilini kənddəki C.Cabbarlı adına 1 saylı tam orta məktəbində alıb. Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu (mühəndis ixtisası üzrə) bitirib.

Müxtəlif illərdə Ərkivan kəndində sovxoz komsomol komitəsinin katibi, direktor müavini, Ərkivan qəsəbə bələdiyyəsinin sədri, Masallı Rayon İcra Hakimiyyətinin Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışıb.

Nəinki qəsəbədə, rayonda da işgüzarlığı, müsbət şəxsi keyfiyyətləri sayəsində xətir-hörmət sahibi olan İsrail Tağıyev Ərkivanın inkişafında – abadlıq-quruculuq işlərində, xeyriyyə aksiyalarının təşkilində vı digər sahələrdə xidmətləri ilə seçilirdi. 

Cəsarətli, fəal təşkilatçı və təsərrüfatçı insan kimi tanınırdı.

Gözəl ailə başçısı idi. Ailəsində 3 qız, 1 oğul boya-başa çatıb. Hər biri ali təhsilli, ailə sahibidir.

İsrail Tağıyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

https://qht.az/details/az/40737



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər