Bələdiyyəmiz planlaşdırdığı işlərin bəzilərini tam icra edə bilməmişdir: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR
Prezident İlham Əliyevin rəhbərliyi altında inkişafın Azərbaycan modeli sınaqlardan uğurla çıxmaqda və ölkəmizin gələcək inkişaf perspektivləri baxımından qarşıda yeni imkanlar açmaqdadır. Möhtərəm Prezident İlham Əliyevin əməli fəaliyyətə söykənən qalib və uğurlu lider obrazı bir daha təsdiq etdi ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Məhz bu uğurlu siyasətin davamı olaraq Böyük Zəfərdən sonra suveren Azərbaycan özünün quruculuq və inkişaf dövrünü yaşayır. Azərbaycan nəinki Cənubi Qafqazda, bütün dünyada söz sahibi ölkələrdən birinə çevrilib. Təkcə ərazi bütövlüyümüzün tam pərpa olunmasını deyil, həm də milli kimliyimizi, birliyimizi ifadə edən suverenlik və dövlətçilik anlayışlarının möhkəmlənməsi məqsədilə Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də qarşıda yeni strarteji hədəflərə doğru ölkəmizin inamla addımladığının sübutudur.
Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə
seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə
orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin
fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi
resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli Bələdiyyələrin qarşısında duran əsas vəzifə
ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin
vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən
ibarətdir.
Bələdiyyələr inkişaf etdikcə onların təməlini
təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir.Gənc Bələdiyyə
üzvülərimiz seçicilərin məsuliyyətlərini
daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha
dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin
həllində eləcədə bələdiyyənin iş
üslubunun,forma və metodlarının təhkimləşdirilməsi
prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş
prinsiplərində şəffaflıq və hesabatlılıq vardır.
Qax bələdiyyəsi də “Bələdiyyələrin statusu
haqqında” Azərbaycan Respublikasının Qanununun və Qax bələdiyyəsinin Nizamnaməsinin
tələblərinə müvafiq olaraq hesabat dövrü ərzində fəaliyyət göstərmişdir.
2025-cü il ərzində Qax bələdiyyəsinin gəlirləri
130110.00 (bir yüz otuz min bir yüz on) manat olmuşdur. Büdcəyə daxilolmalar
aşağıdakı mənbələr hesabına olmuşdur.
Sıra sayı M ə z m u n u İcra olunmuşdur
I.Gəlirlər
1. Daxil
olub torpaq satışından 42385.00
2. Daxil
olub əmlak vergisi 44198.00
3. Torpaq
vergisindən 15117.00
4. Dəfn
rüsumu 5050.00
5. Xeyir-
şər mağarından icarə haqqı 3950.00
6. Sahibkarlıq
obyektindən icarə haqqı 5500.00
7. Dotasiya 12000.00
8. Mehmanxana
rüsumu 120.00
9. Səyyar
ticarət xidmətindən 1740.00
10. İanə 50.00
CƏMİ: 130110.00
2025-ci il ərzində əmlak vergisindən 44198.00 (qırx dörd min bir yüz doxsan səkkiz) manat, torpaq vergisindən 15117.00 (on beş min bir yüz on yeddi) manat toplanmışdır. 2024-ci ili illə müqayisədə əmlakdan 2463.00 (iki dörd altmış üç) manat artım və torpaq vergilərinin toplanmasında 9703.00 (doqquz min yeddi yüz üç) manat azalma olmuşdur. Lakin yerli vergilərin toplanmasında yenə də istədiyimiz nəticəni əldə edə bilməmişik. Azərbaycan Respublikası “Vergilər Məcəlləsi” nə edilmiş dəyişikliklərə əsasən 2015-ci il yanvarın 1-dən etibarən yerli vergilər mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə bələdiyyə büdcəsinə ödənilməlidir. Belə ki, vətəndaşlara bildirişlər təqdim olunsa da, onlar poçt vasitəsilə vergi borclarını ödəməkdən yayınırlar. Bununla əlaqədar BAMS proqramında yeni sistem yaradılmışdır. Bu sistem vergidən yayınma hallarının qarşısını alır.
Hesabat dövründə bələdiyyənin xərcləri
ümumilikdə 130539.00 (bir yüz otuz min beş yüz otuz doqquz) manat təşkil
etmişdir.
II-Xərclər
1. Verilib
işçilərə əmək haqqı və məzuniyyət xərci (01.01.2024-ci ilə qalmış əməkhaqqı
borcu 12263.00 manat olmaqla ödənilmişdir) 63409.00
2. D.S.M.F-na
ə/h-dan ayırma ( 22% , 2% tibbi sığorta,
0.5 % işsizlik) 16269.00
3.
Əmək haqqından tutulan (gəlir vergisi, S.Q.Y.F, həmkarlar, 3% sosial ayırma,
tibbi sığorta YAP, işsizlik) 10863.00
4 Aztelekoma
xidmət haqqı 1280.00
5 Azərişıq
A.S.C-nə xidmət haqqı 1350.00
6 Azəriqaz
İB-ə xidmət haqqı 643.00
7 Bank
və poçt xərcləri 921.00
8 İmkansız
ailələrə yardım 3396.00
9 Torpaq
satışından daxil olmuş vəsaitin geri qaytarılmasına 11410.00
10 ŞBMA-na
üzvülük haqqı 700.00
11 İdarə
maşınlarının saxlanılması xərci 2661.00
12 Təmir və abadlıq işlərinə 2658.00
13 Abunə
yazılışına 441.00
14 Onlayn
xidmət haqqı 3543.00
15 Qəbristanlıqda
təmir işlərinin aparılması 3705.00
16 Şəhid
və qazi ailələrinə yardım 1825.00
17 Kütləvi
tədbirlərin keçirilməsi 750.00
18 BAMS
reystrdən çıxarışların alınması üçün karta vəsaitin köçürülməsinə 1000.00
19 Dəftərxana
və təsərrüfat xərci 1182.00
20 Kommunal
Müəssisələri kombinatına xidmət haqqı 350.00
21 Audit
xidməti haqqı 300.00
22 Ekologiya 300.00
23 “Belediyye
–İnfo” MMC 200.00
24 İnventarların
alınması və quraşdırılması 236.00
25 Təhtəl
hesaba 400.00
26 “Azərsu” su pulu 500.00
27 İşçilərin həyat sığortası 247.00
CƏMİ: 130539.00
01.01.2026-ci ilə yerli büdcə qalığı: 7.00 (yeddi) manat.
Hesabat dövrü ərzində maliyyə imkanlarımız əsasında
bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.
- Bələdiyyə Vətən müharibəsi şəhidləri,
qazilərə və onların ailələrinə həm
maddi, həm də mənəvi dəstək göstərməyə çalışmış, onların mənzil şəraitinin
yaxşılaşdırılması üçün həyətyanı torpaq sahələrinin ayrılmasına köməklik göstərməyə
çalışmışdır. I və II Qarabağ şəhidlərinin
ailələrinə, qazilərə, ümumilikdə 1825.00 (bir min səkkiz yüz iyirmi beş)
manat, aztəminatlı ailələrə isə 3396.00 (üç min üç yüz doxsan altı) manat
olmaqla, ümumilikdə 5221.00 (beş min iki yüz iyirmi bir) manat məbləğində yardım edilmişdir.
- “Heydər Əliyev parkı”,Nizami parkı, İçəribazar Qala Kompleksində Nəsimi bağında da yaşıllıqların və ağacların suvarılmasına,təmir və abadlıq işlərinin görülməsinə ümumilikdə 2658.00 (iki min altı yüz əlli səkkiz) manat,
-Qax bələdiyyəsinin nəzdındə fəaliyyət göstərən
şəhər qəbrstanlığında təmir işlərinin aparılmasına 3705.00 (yü min yeddi yüz
beş) manat xərclənmışdir.
2025-ci il ərzində ümumilikdə bələdiyyənin
20 iclası keçirilmişdir. İclasların gündəliyinə 59 məsələ daxil edilib və
müvafiq qərarlar qəbul olunub. İclaslarda sakinləri narahat edən bir sıra cari
məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.
Qəbul edilən qərarların icrası təmin edilmişdir. Bələdiyyənin fəaliyyətinə
inzibati nəzarət haqqında 6.0 və 6.8 maddələrinə uyğun olaraq bütün protokollar
vaxtında Ədliyyə Nazirliyinin Şəki Regional Ədliyyə İdarəsinə göndərilmişdir və
vahid bələdiyyə portalında yerləşdirilmişdir. Bələdiyyədə 2025-ci il ərzində
kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun qayadada
aparılmışdır. Vətəndaşların ərizə və şikayətlərinə vaxtında baxılmaqla nöqsan və
çatışmazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş
və həyata kecirilmişdir. 2025-cü il ərzində
bələdiyyəyə vətəndaşlar tərəfindən 269 ədəd ərizə daxil olmuşdur. Müraciətlərin əksəriyyəti
maddi yardım olunması, təhlükə yaradan ağacların budanmasına icazə verilməsi,
mülkiyyətə torpaq sahəsinin ayrılması ilə
bağlı olmuşdur. Müraciətlərin əksəriyyəti əsasən həll edilmişdir. Qax şəhərinin
genişləndirilməsi ilə əlaqədar ayrılmış torpaq sahələrinin təyinatının dəyişdirilməsi
başa çatmadığı üçün həyətyanı torpaq sahəsinin verilməsi ilə bağlı müraciətləri
təmin etmək mümkün olmamışdır.
2025-ci il ərzində 85-dən çox vergi ödəyicisinə vergiləri ödəməkdən
yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir. İl ərzində yerli vergi ödəyicilərinə
tədiyyə bildirişləri paylanmışdır.
2025-ci il
ərzində 140 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul
edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti
komissiyalar, bələdiyyə qulluqçuları tərəfindən araşdırılaraq həllini tapmış və
ya əlaqədar qurumlara yönəldilmişdir.
2025-ci il ərzində bələdiyyəyə rəsmi
orqanlardan 155 ədəd sənəd daxil olmuşdur. Sənədlərə aiddiyatı üzrə vaxtında tərəfimizdən
cavab verilməsi təmin edilmişdir.
Təəssüf ki, obyektiv səbəblərdən bələdiyyəmiz
icrasını planlaşdırdığı bir çox işi həyata keçirə bilməmişdir. Ancaq 2026-ci
ilin birinci yarısına kimi ümid edirik ki, bir çox məsələlər öz həllini
tapacaqdır. Növbəti hesabat dövründə buraxılmış nöqsanları da aradan
qaldırmaqla seçicilərin ərizə, şikayət, təkliflərinə daha həssaslıqla
yanaşacaq, bələdiyyəyə əlavə, dayanaqlı gəlir mənbələri axtaracaq, seçicilərin
qüvvəsindən bələdiyyənin idarə olunmasında səmərəli istifadə edəcək, növbəti hesabatlarda
seçicilər qarşısına daha uğurlu nəticələrlə çıxmağa çalışacağıq.
Eyvaz Orucov
Qax bələdiyyəsinin sədri
Rəylər
0 Rəy