Ceyhun Zahidov: “Yenilənmiş və təkmilləşdirilmiş BAMS-ın verdiyi imkanlardan tam şəkildə istifadə edərək hədəfimizə çatacağıq”
“Lerik bələdiyyəsi yerli vergilərin həcmini 2024-cü illə müqayisədə yeddi dəfəyədək artırmağa nail ola bilib. Belə ki, 2024-cü ildə 1.022 manat əmlak və torpaq vergisi əldə edilmişdirsə, ötən il bu rəqəm 7.086 manat olub” - bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ceyhun Zahidov deyib.
2023-cü
ildə yerli vergilərin həcmi 394 manat,
ondan 116 manat torpaq vergisi, 278
manat əmlak vergisi əldə olunmuşdusa, bu rəqəm 2024-cü ildə 1022 manat, o cümlədən
294 manat torpaq vergisi, 727 manat əmlak vergisi
yığılıb. Yerli vergilərin həcmi 2025-cü ildə 7.086 manat, o cümlədən 940
manat torpaq vergisi, 6.147 manat əmlak vergisi yığılıb.
Bələdiyyə
büdcəsində 2023 - cü ildə bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən 6.216
manat, 2024-cü ildə 15.810 manat , 2025-ci
ildə isə 14.360 manat vəsait daxil olub.
2025-ci
ildə Lerik bələdiyyəsinin ümumi büdcə gəliri 29.650 manat təşkil edib ki, bu da
2023-cü ilə müqayisədə 150 faiz, 2024-cü
illə müqayisədə 30 faiz artım deməkdir.
Sədr
açıqlamasında daha sonra qeyd edib ki, cari ildə bələdiyyənin hədəfi 70.000 manat
təşkil edir.
İnanırıq ki, yenilənmiş və təkmilləşdirilmiş BAMS-ın verdiyi imkanlardan tam şəkildə istifadə edərək hədəfimizə çatacağıq.
Belediyye.info
Rəylər
0 Rəy