Bələdiyyə sədri: “İcra başçısı problemlərimizin həllinə daim həssaslıqla yanaşır”
“Ağcabədi rayonunda yerli idarəetmə orqanları ilə icra strukturları arasında qarşılıqlı əməkdaşlıq və sağlam işgüzar münasibətlər mövcuddur”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov deyib.
Sədrin
sözlərinə görə. Ağcabədi Rayon İcra
Hakimiyyətinin başçısı tərəfindən bələdiyyələrin fəaliyyətinə daim dəstək göstərilir,
bələdiyyələrin problemlərinin həllinə həssaslıqla yanaşılır.
Bu
gün hər hansı çətinliklə üzləşdiyimiz zaman məsələ operativ şəkildə diqqətə
alınır, qanunvericilik çərçivəsində müvafiq addımlar atılır. Bu yanaşma
nəticəsində bir çox sosial və infrastruktur layihələrinin icrası uğurla təmin
edilmişdir. Əldə olunan nailiyyətlərdə icra başçısının prinsipial mövqeyi,
konstruktiv yanaşması və bələdiyyələrlə sıx əməkdaşlığı mühüm rol oynamışdır.
Bu əməkdaşlıq rayonda sabitliyin, inkişafın və vətəndaş məmnunluğunun təmin
olunmasına xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy