Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-01-2026 , 19:18

523

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Öz fəaliyyətimizi qəbul olunmuş qanunlar çərçivəsi əsasında qururuq: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR           

Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin yerli demokratiyanın inkişafını dəstəkləmək bu prosesin hüquqi  tənzimləməsinə  və Azərbaycan Respublikası Konustitusiyasında  təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir. Bələdiyyə institutunun inkişafı Azərbaycan Respublikası Prezdentinin daim diqqət mərkəzindədir .       

Bələdiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də  bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması hüquq, pozuntularının aradan qaldırılmasıdır.

Bildiyimiz kimi bələdiyyələr kollegial orqandır, yəni yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.

Qara Nuru Bələdiyyəsi ötən 2025-ci ili 38 iclas keçirilmiş 74 məsələ müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. 2025-ci ili ərzində bələdiyyə iclasında müzakirə olunan 27-si sosial məsələ barədə 47-si isə cari məsələlər olmuşdur.

2025-ci il ərzində Qara Nuru bələdiyyəsinə 200 müraciyət daxil olmuşdur müraciətlərin 65 vətandaşdan birbaşa daxil olmuşdur. Bundan əlavə 135 nəfər vətəndaş şifayi müraciətləri və əhali ilə keçirilən  sıx görüşlər zamanı sakinlərin müraciətlərı əsasında qəbul olunmuş və onların qaldırdıqları məsələlərə əsasən həll olunmuşdur.

Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxıb cavab verilmişdir.

Vətandaşların ərizə və şikayətlərinə baxılarkən sosial  müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlilləri vetiranlara şəhid və az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.

Torpaq islahatı zamanı bələdiyyəyə 430 Hektar ehtiyat fond torpağı ayrılmışdır ki, bunun 181 hektar 30 sot kənd təsərrüfatlarına yararlı torpaq sahələridir. Bələdiyyənin eytiyyat  fondundan 200 hektar torpaq sahəsi 20 nəfərə kənd təsərrüfatı məsulları istehsalı üçün icarəyə verilmişdir.

Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin  yerli büdcəsinin gəlirlər və xərclər smetası təstiq olunur.

Bələdiyyənin 2025-ci ilə təstiq olunmuş smetasına əsasən gəlirlər 124.235 manat xərclər isə 124235 manat nəzərdə tutulmuşdur.

Büdcə kəsirini tamamlamaq üçün dövlət büdcəsindən  24000 manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət büdcəsindən 14000 manat dotasiya ayrılmışdır.

Bələdiyyənin 2025-ci ili ərzində yerli büdcəsi 124235 manata qarşı 108.886 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 87.6% yerinə yetirilmişdir büdcənin xərcləri isə 106.219 manat olmuşdur.

 Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır;

 Torpaq vergisi-23451 manat, Bələdiyyə əmlakının icarəyə verilməsindən-68734 manat, bələdiyyə əmlakının özgəlləşdirilməsi - 2700 manat Dotasiyadan daxil olma isə 14000 manat olmuşdur.

Bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir;

Yerli özünüidarəetmə orqanlarının saxlanılması xərcləri o cümlədən əmək haqqı-39196 manat, DSMF-9724 manat, icbari tibbi sığorta-2378 manat, imkansız ailələrə maddi yardım-2546 manat, kənd daxili yoların cari təmirinə-30102 manat, bələdiyyə qulluqçularının işin günün tələblərinə uyğun qurulması üçün komputer dəstləri və ofis mebilərinin alinmasiha-6737 manat, Bank xidmət haqqı-595 manat, Vətəndaşların çox saylı müraciətlərinə əsasən Qara Nuru bələdiyyəsi ərazisində futbol meydançasının cari təmir olunması üçün-3000 manat, Qara Nuru Bələdiyyəsi ərazisində məişət tullantılarının daşınması üçün Saatlı Mənzil Təsərrüfat idarəsinə-3717 manat, Kommunal xərclər-520 manat,  Şəhid abidələrinə bayraqlarin taxılmasına-500, Bələdiyyə binasinda plastik qapı və pəncərə quraşdırılması üçün-1000 manat, Əmlak məsələləri dövlət komitəsinə göstərdiyi xidmət üçün-2176 manat, Kənd bələdiyyələri assosasiyasına üzvüluk haqqı -1100 manat, Ətraf mühitin müfafizəsi-300 manat, Dəftərxana ləvazimatlarına-800 manat, BAMS proqramında SMS xidməti göstərilməsi üçün-99 manat, Mətbuat yayım MMC-813 manat, Yeni Azərbaycan Partiyasına üzvlük haqqı-210 manat, Kənd Qəbirstanlığının saxlanması üçün-450 manat, Bələdiyyə qulluqçularına və üzvlərinə xüsusi geyim formasının alınması üçün-256 manat olmuşdur.

Maliyyə vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi ilə dəqiq miqdarı göstərilmişdir.

Məlumdur ki, büdcə gəlirlərinin artıtılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə əmlak və torpaq vergisi 74.000 manat borcları olduğu halda 2025-ci ili ərzində yalnız 23.451 manat vəsait toplanmışdır.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan məsələlərin protokollarının surəti Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə idarəsi göndərilir.

Bundan sonra da  fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsi əsasında quracağıq.

 Azər Məhərrəmov

Saatlı rayon Qara Nuru Bələdiyyəsinin sədri                      

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər