Bəhruz Abbasov: “Gəlin gələcəyimizi birlikdə quraq”
Gəncə Dövlət Aqrar Univeristeində “Gənclər Gününə” həsr olunan "Gənclik enerjisinin və ağsaqqal müdrikliyinin vəhdəti güclü dövlət və sağlam cəmiyyətin təminatıdır" mövzusunda regional konfrans keçirilib. Könfransda Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının və Şəmkir rayonu, Aşağı Seyfəli bələdiyyəsinin sədri Bəhruz Abbasov da çıxışçılar arasında olub. Bəhruz Abbasovun çıxışını təqdim edirik:
“Hörmətli müəllimlər, hörmətli ağsaqqallarımız,
hörmətli tədbir iştirakçıları, dəyərli şəhid anaları!
Hər birinizi salamlayıram!
Məndən öncə dəyərli natiqlərimiz dəyərli ağsaqqallarımız
çıxışlarında gənclərin gələcəyi barədə
çıxış etdilər buna görə hər birinizə
dəyərli məsləhətlərinizə görə gənclər və öz adımdan təşəkkür edirəm.
Gənclər Günü bizə təkcə bayram sevinci deyil, həm də
məsuliyyətimizi xatırladır. Gənclərin üzərinə düşən əsas öhdəliklər – bilik
əldə etmək, daim öz üzərində çalışmaq və cəmiyyətə faydalı vətəndaş
olmaqdır.
Biz milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı,
müasir düşüncəyə sahib olmalı, qanunlara hörmət etməli və vətənimizin
inkişafında fəal iştirak etməliyik.
Sağlam düşüncəli, təşəbbüskar və məsuliyyətli gənclik
güclü dövlətin əsas təminatıdır.
Gəlin, bu məsuliyyəti dərk edək və gələcəyimizi
birlikdə quraq.
Diqqətinizə görə təşəkkür edirəm!”
Belediyye.info
Rəylər
0 Rəy