Tural Ağammədov: “Bundan sonra hədəfimiz daha böyük uğurlara imza atmaqdır”
"Bələdiyyənin vergi xidməti hazırda vergi-uçot sistemində dəqiqləşdirmələr aparmaqla yanaşı, debitor borcu olan vergi ödəyicilərlə ciddi maarifləndirici görüşlər keçirməklə məşğuldur”- bu fikirləri Belediyye.infoya Masallı bələdiyyəsinin sədri Tural Ağammədov deyib.
Sədr deyib ki, 2024- cü ilin yanvar ayında yığılan verginin
həcmi 299 manat olmaqla, 255 manat əmlak,
44 manatlıq torpaq vergisi, 2025-cü ildə
ümumi olaraq 689 manat olmaqla, 626
manatlıq əmlak, 63 manatlıq torpaq vergisi , 2026-ci ildə isə ümumi 6.067 manat olmaqla, 3.695 manatlıq əmlak,
2.372 manatlıq torpaq vergisi əldə olunub.
Bu isə 2024-cü illə müqayisədə 20 dəfə, 2025- cü illə müqyisədə 7.9 dəfə artım deməkdir.
Sədr qeyd edib ki, Masallı bələdiyyəsi ilk dəfə idi ki,
yanvar ayında bu qədər vergi toplanılmasına nail ola bilib. Etiraf edilməlidir
ki, bu uğura kollektivin birgə səyi, həmçinin Masallı RİH-in dəstəyi və BAMS
proramının verdiyi imkanlar hesabına nail olmuşuq. Bundan sonra hədəfimiz daha
böyük uğurlara imza atmaqdır.
Sədrin sözlərinə görə, 2024-cü ildə 57.678 manat vergi
toplanılmışdısa, bu rəqəm ötən il 116.454 manata bərabər olub.
“Yekunda borcu ödəməyənlərlə bağlı məsələr bələdiyyə
iclasında müzakirəyə çıxarılaraq müvafiq qərarların qəbul ediləcək” deyən sədr
fikrini belə tamamlayıb.
Belediyye.info
Rəylər
0 Rəy