Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-02-2026 , 19:13

118

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İsmayıl Rəsulov: “Cari ildə maliyyə imkanlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdiriləcəkdir

 Ağcabədi bələdiyyəsinin  büdcə gəlirləri  əvvəlki ilin eyni ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə artmışdır ki, bu da  bələdiyyədə aparılan  sistemli işin və maliyyə intizamının gücləndirilməsinin nəticəsidir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsmayıl Rəsulov deyib.

Sədr bildirib ki, yanvar ayı üzrə əmlak vergisi üzrə daxilolmalar 10.940 manat təşkil etmişdir. Qeyd edilməlidir ki, 2025-ci ilin yanvar ayında bu göstərici 0,00 manat olmuşdur. Torpaq vergisi üzrə yığım 13.957 manata çatmış, ötən ilin analoji dövründə isə cəmi 423 manat olmuşdur ki, bu da təxminən 32 dəfə artım deməkdir. Bələdiyyə mülkiyyətinin icarəsindən əldə olunan gəlirlər 11.338 manat olmuşdur. Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar ayında bu məbləğ 2.212 manat təşkil etmiş, yəni təxminən 5 dəfə artım müşahidə edilmişdir.

Ümumilikdə, 2026-cı ilin yanvar ayı ərzində bələdiyyənin ümumi gəlirləri 36.236 manat olmuşdur. Halbuki 2025-ci ilin eyni dövründə bu rəqəm cəmi 2.770 manat idi. Beləliklə, artım 33 466 manat və ya 13 dəfədən çox olmuşdur.

Sədr qeyd edib ki, qarşıdakı dövrdə də maliyyə imkanlarının genişləndirilməsi və bələdiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər davam etdiriləcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz