Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-05-2026 , 00:27

87

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: Əmlak vergisi üzrə artım dinamikası bələdiyyə gəlirlərinin formalaşmasına müsbət təsir göstərmişdir”

“Masallı rayonu, Boradigah bələdiyyəsində 2025-ci ilin aprel ayı ilə 2026-cı ilin aprel ayının vergi və icarə daxilolmaları müqayisəli şəkildə təhlil edilmişdir”- bu fikirləri Belediyye.infoya  adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib .

Təhlilin nəticələrinə əsasən, 2025-ci ilin aprel ayında torpaq vergisi üzrə 370 manat, əmlak vergisi üzrə 453 manat, icarə haqları üzrə isə 300 manat olmaqla ümumilikdə 1124 manat daxilolma olmuşdur.

2026-cı ilin aprel ayında isə torpaq vergisi üzrə daxilolmalar 380 manat, əmlak vergisi üzrə 962 manat, icarə haqları üzrə isə 1000 manat təşkil etmişdir. Beləliklə, ümumi daxilolma 2.342 manat olmuşdur.

Müqayisəli təhlil göstərir ki, 2026-cı ilin aprel ayında daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1218 manat artmışdır. Xüsusilə əmlak vergisi və icarə haqları üzrə artım dinamikası bələdiyyə gəlirlərinin formalaşmasına müsbət təsir göstərmişdir.

Vergi və ödənişlərin vaxtında həyata keçirilməsi bələdiyyənin yerli layihələrinin icrası, abadlıq işləri və əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

İnanıram ki,...

Region
09-05-2026
594