Asif Həşimov: “Uzun illər vətəndaşın istifadəsində olan əmlakın çıxarışının olmaması səbəbindən verginin ödənilməməsi təəssüf doğurur”
“Hər bir bələdiyyə sədri əsas diqqəti yerli vergilərin yığım səviyyəsini artırmağa yönəltməlidir. Çünki bələdiyyənin sabit büdcə gəliri məhz bu istiqamətdən formalaşır”- bu fikirləri Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov deyib.
Sədrin
sözlərinə görə, məhz bu diqqətin nəticəsidir ki, 2023 -cü illin yanvar ayı ilə müqayisədə
cari ilin yanvar ayında yerli vergilərin
həcmi 95 faizədək artıb.
Belə
ki, əgər 2023 - cü ilin yanvar ayında 3038 manatlıq vergi yığılmışdısa, cari ildə
bu rəqəm 5.918 manat olub. Ən yüksək
artım isə torpaq vergisinin yığımında müşahidə olunub. Belə ki, 2023-cü ildə
1.987 manatlıq torpaq vergi əldə edilmişdisə, cari ilin yanvar ayında bu rəqəm 4.684 manat olub. Əmlak vergisinin yığımında da
müəyyən mənada artım var. Ancaq ərazidəki əmlakın 70 faizindən artıq bir hissəsinin
çıxarışının olmaması bələdiyyənin
problemlə üz - üzə qoyur və nəticədə həmin əmlakdan bələdiyyə vergi toplaya
bilmir.
Son illər BAMS proqramında tətbiq edilən yeniliklər nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinin artmasına səbəb olub. Ancaq uzun illər vətəndaşın istifadəsində olan, bütün kommunal xidmətlərdən yetərincə istifadə edildiyi halda çıxarışın olmaması ucbatından verginin ödənilməməsi təəssüf doğurur.
Bütün halllarda həmin əmlak vətəndaşa məxsusdur və heç kim bu əmlaka iddia edə bilməz. Bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliyin edilməsi, nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinin artmasında səbəb olar ki, bu da nəticədə məhz həmin vətəndaşın hansısa probleminin həllinə təkan vermiş olar.
Belediyye.info
Rəylər
0 Rəy