Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-02-2026 , 11:22

282

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Asif Həşimov: “Uzun illər vətəndaşın istifadəsində olan əmlakın  çıxarışının olmaması səbəbindən verginin ödənilməməsi təəssüf doğurur”

“Hər bir bələdiyyə sədri əsas diqqəti yerli vergilərin yığım səviyyəsini artırmağa yönəltməlidir. Çünki bələdiyyənin sabit büdcə gəliri məhz bu istiqamətdən formalaşır”- bu fikirləri Qəbələ rayonu Vəndam bələdiyyəsinin sədri Asif Həşimov deyib.

Sədrin sözlərinə görə, məhz bu diqqətin nəticəsidir ki, 2023 -cü illin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında  yerli vergilərin həcmi 95 faizədək artıb.

Belə ki, əgər 2023 - cü ilin yanvar ayında 3038 manatlıq vergi yığılmışdısa, cari ildə bu rəqəm  5.918 manat olub. Ən yüksək artım isə torpaq vergisinin yığımında müşahidə olunub. Belə ki, 2023-cü ildə 1.987 manatlıq torpaq vergi əldə edilmişdisə, cari ilin yanvar ayında bu rəqəm  4.684 manat olub. Əmlak vergisinin yığımında da müəyyən mənada artım var. Ancaq ərazidəki əmlakın 70 faizindən artıq bir hissəsinin çıxarışının  olmaması bələdiyyənin problemlə üz - üzə qoyur və nəticədə həmin əmlakdan bələdiyyə  vergi toplaya bilmir.

Son illər BAMS proqramında tətbiq edilən yeniliklər nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinin artmasına səbəb olub. Ancaq uzun illər vətəndaşın istifadəsində olan, bütün kommunal xidmətlərdən yetərincə istifadə edildiyi halda çıxarışın olmaması ucbatından verginin ödənilməməsi təəssüf doğurur.

Bütün halllarda həmin əmlak vətəndaşa məxsusdur və heç kim bu əmlaka iddia edə bilməz. Bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliyin edilməsi, nəticə etibari ilə bələdiyyənin büdcə gəlirlərinin artmasında səbəb olar ki, bu da nəticədə məhz həmin vətəndaşın hansısa probleminin həllinə təkan vermiş olar.  

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər