Şabran şəhərində şəhid ailələri ziyarət olunub
Şabran şəhərində 44 günlük Vətən müharibəsi şəhidi Seyfəddin Balağayevin doğum günü münasibətilə Şabran Rayon İcra Hakimiyyətinin başçısının müavini Natavan Mustafayeva, Şabran Bələdiyyəsinin sədri Fidan Fərzəliyeva və bələdiyyənin əməkdaşları şəhidin anası Bəsxanım müəllimənin yaşadığı mənzili ziyarət ediblər.
Görüş zamanı şəhid Seyfəddin Balağayevin əziz xatirəsi
ehtiramla yad edilmiş, onun Vətən uğrunda göstərdiyi şücaətdən və qəhrəmanlığından
bəhs olunmuşdur. Bildirilmişdir ki, 44 günlük Vətən müharibəsində qəhrəman
oğullarımızın göstərdiyi igidlik Azərbaycan xalqının şanlı tarixində əbədi
yaşayacaqdır.
Şəhidin anası Bəsxanım müəllimə ilə səmimi söhbət aparılmış,
onun qayğı və problemləri ilə maraqlanılmışdır. Qeyd olunmuşdur ki, şəhid ailələri
dövlətimizin və cəmiyyətimizin daim diqqət və qayğısı ilə əhatə olunur.
***
Bu
gün isə Şabran şəhər bələdiyyəsinin sədri
Fidan Fərzəliyeva və bələdiyyənin əməkdaşları 8 Mart – Beynəlxalq Qadınlar Günü
münasibətilə Milli Qəhrəman Roman Yusifovun anası Kübra ana və Birinci Qarabağ
müharibəsində şəhid olmuş Vidadi Abdullayevin anası Rübabə ananı yaşadıqları
evdə ziyarət edərək onları səmimi qəlbdən təbrik etmişlər.
Görüş zamanı qəhrəman övladlar yetişdirən analara dərin
ehtiram və minnətdarlıq ifadə olunmuş, onların Vətən qarşısındakı xidmətlərinin
yüksək qiymətləndirildiyi qeyd edilmişdir. Bildirilmişdir ki, belə analar
xalqımız üçün böyük qürur mənbəyidir və onların yetişdirdiyi qəhrəmanların
xatirəsi daim ehtiramla anılır.
Söhbət zamanı anaların qayğı və problemləri ilə maraqlanılmış, onlara sağlamlıq və uzun ömür arzulanmışdır. Qeyd olunmuşdur ki, şəhid və qəhrəman ailələri hər zaman dövlətimizin və cəmiyyətimizin diqqət və qayğısı ilə əhatə olunurlar.
Rəylər
0 Rəy