Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-03-2026 , 23:14

93

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Qara Nuru Bələdiyyəsi şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil edib

Müqəddəs Ramazan ayı münasibətilə Saatlı rayonunun Qara Nuru Bələdiyyəsi tərəfindən şəhid ailələri və qazilər üçün iftar süfrəsi təşkil olunub.

Tədbirdə Saatlı rayon ictimaiyyətinin nümayəndələri, rayon ziyalıları, Qara Nuru Bələdiyyəsinin tərkibində olan kəndlərin şəhid ata-anaları, qazilər, kənd sakinləri və bələdiyyə işçiləri iştirak ediblər.

İftar süfrəsi ətrafında edilən dualar şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi olub.

Belə tədbirlər cəmiyyətimizdə dinə və Allaha bağlılığın, milli-mənəvi dəyərlərə sədaqətin və insanlara verilən yüksək dəyərin göstəricisidir.

Şəhid ailələri və qazilərlə bir araya gətirmək, onların yanında olduğumuzu göstərmək hər birimizin mənəvi borcudur. Bu cür təşəbbüslər həm birlik və həmrəylik ruhunu gücləndirir, həm də gələcək nəsillərə örnək olur.

Saatlı rayonu,  Qara Nuru bələdiyyəsi

04.03.2026

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər