Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-03-2026 , 18:05

93

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

İsmayıl Rəsulov növbəti vətəndaş qəbulu keçirib

 Ağcabədi bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirilib. Qəbulda Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov və bələdiyyənin məsul əməkdaşları iştirak ediblər.

Görüş zamanı vətəndaşlar sosial, məişət, torpaq və infrastruktur sahələri üzrə mövcud problemlərlə bağlı müraciətlərini və təkliflərini birbaşa bələdiyyə sədrinə təqdim etmiş, onları narahat edən məsələləri diqqətə çatdırıblar.

Qəbul zamanı sədr İsmayıl Rəsulov vətəndaşların müraciətlərini diqqətlə dinləmiş, qaldırılan məsələlərin operativ və səmərəli həlli məqsədilə aidiyyəti struktur bölmələrinə müvafiq tapşırıqlar vermişdir. O, əhalinin sosial rifahının yüksəldilməsi, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və vətəndaş məmnunluğunun təmin edilməsinin bələdiyyənin əsas fəaliyyət istiqamətlərindən olduğunu xüsusi vurğulayıblar.

Qeyd olunub ki, mütəmadi şəkildə keçirilən vətəndaş qəbulları yerli özünüidarəetmə orqanları ilə əhali arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə, açıq və səmərəli dialoqun genişləndirilməsinə, eyni zamanda ictimai etimadın artırılmasına mühüm töhfə verir.

Ağcabədi bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər