Öz fəaliyyətimizi qəbul olunmuş qanunlar çərçivəsi əsasında qururuq: BƏLƏDİYYƏ SƏDRİ HESABAT VERİR
Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin yerli demokratiyanın inkişafını dəstəkləmək bu prosesin hüquqi tənzimləməsinə və Azərbaycan Respublikası Konustitusiyasında təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir. Bələdiyyə institutunun inkişafı Azərbaycan Respublikası Prezdentinin daim diqqət mərkəzindədir .
Bələdiyyə sahəsində
dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət
edilməsinin təmin olunması hüquq, pozuntularının aradan qaldırılmasıdır.
Bildiyimiz kimi bələdiyyələr
kollegial orqandır, yəni yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə
iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.
Qara Nuru Bələdiyyəsi
ötən 2025-ci ili 38 iclas keçirilmiş 74 məsələ müzakirə edilərək müvafiq qərarlar
qəbul edilmişdir. 2025-ci ili ərzində bələdiyyə iclasında müzakirə olunan 27-si
sosial məsələ barədə 47-si isə cari məsələlər olmuşdur.
2025-ci il ərzində
Qara Nuru bələdiyyəsinə 200 müraciyət daxil olmuşdur müraciətlərin 65 vətandaşdan
birbaşa daxil olmuşdur. Bundan əlavə 135 nəfər vətəndaş şifayi müraciətləri və əhali
ilə keçirilən sıx görüşlər zamanı sakinlərin
müraciətlərı əsasında qəbul olunmuş və onların qaldırdıqları məsələlərə əsasən
həll olunmuşdur.
Bütün müraciətlərə
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun
olaraq baxıb cavab verilmişdir.
Vətandaşların ərizə
və şikayətlərinə baxılarkən sosial
müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlilləri vetiranlara şəhid və
az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.
Torpaq islahatı
zamanı bələdiyyəyə 430 Hektar ehtiyat fond torpağı ayrılmışdır ki, bunun 181
hektar 30 sot kənd təsərrüfatlarına yararlı torpaq sahələridir. Bələdiyyənin
eytiyyat fondundan 200 hektar torpaq sahəsi
20 nəfərə kənd təsərrüfatı məsulları istehsalı üçün icarəyə verilmişdir.
Mövcud
qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün
proqnoz rəqəmlərə əsasən bələdiyyənin
yerli büdcəsinin gəlirlər və xərclər smetası təstiq olunur.
Bələdiyyənin 2025-ci
ilə təstiq olunmuş smetasına əsasən gəlirlər 124.235 manat xərclər isə 124235
manat nəzərdə tutulmuşdur.
Büdcə kəsirini
tamamlamaq üçün dövlət büdcəsindən 24000
manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət büdcəsindən
14000 manat dotasiya ayrılmışdır.
Bələdiyyənin 2025-ci ili ərzində yerli büdcəsi 124235 manata qarşı 108.886 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 87.6% yerinə yetirilmişdir büdcənin xərcləri isə 106.219 manat olmuşdur.
Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır;
Torpaq vergisi-23451 manat, Bələdiyyə əmlakının icarəyə verilməsindən-68734 manat, bələdiyyə əmlakının özgəlləşdirilməsi - 2700 manat Dotasiyadan daxil olma isə 14000 manat olmuşdur.
Bələdiyyənin yerli
büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir;
Yerli özünüidarəetmə
orqanlarının saxlanılması xərcləri o cümlədən əmək haqqı-39196 manat, DSMF-9724
manat, icbari tibbi sığorta-2378 manat, imkansız ailələrə maddi yardım-2546
manat, kənd daxili yoların cari təmirinə-30102 manat, bələdiyyə qulluqçularının
işin günün tələblərinə uyğun qurulması üçün komputer dəstləri və ofis mebilərinin
alinmasiha-6737 manat, Bank xidmət haqqı-595 manat, Vətəndaşların çox saylı
müraciətlərinə əsasən Qara Nuru bələdiyyəsi ərazisində futbol meydançasının
cari təmir olunması üçün-3000 manat, Qara Nuru Bələdiyyəsi ərazisində məişət
tullantılarının daşınması üçün Saatlı Mənzil Təsərrüfat idarəsinə-3717 manat,
Kommunal xərclər-520 manat, Şəhid abidələrinə
bayraqlarin taxılmasına-500, Bələdiyyə binasinda plastik qapı və pəncərə
quraşdırılması üçün-1000 manat, Əmlak məsələləri dövlət komitəsinə göstərdiyi
xidmət üçün-2176 manat, Kənd bələdiyyələri assosasiyasına üzvüluk haqqı -1100
manat, Ətraf mühitin müfafizəsi-300 manat, Dəftərxana ləvazimatlarına-800
manat, BAMS proqramında SMS xidməti göstərilməsi üçün-99 manat, Mətbuat yayım
MMC-813 manat, Yeni Azərbaycan Partiyasına üzvlük haqqı-210 manat, Kənd Qəbirstanlığının
saxlanması üçün-450 manat, Bələdiyyə qulluqçularına və üzvlərinə xüsusi geyim
formasının alınması üçün-256 manat olmuşdur.
Maliyyə vəsaiti yalnız
bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi ilə dəqiq
miqdarı göstərilmişdir.
Məlumdur ki, büdcə gəlirlərinin
artıtılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə
torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və
torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə
əmlak və torpaq vergisi 74.000 manat borcları olduğu halda 2025-ci ili ərzində
yalnız 23.451 manat vəsait toplanmışdır.
“Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarət haqqında” Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan
məsələlərin protokollarının surəti Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə
idarəsi göndərilir.
Bundan sonra da fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsi əsasında quracağıq.
Azər Məhərrəmov
Saatlı rayon Qara
Nuru Bələdiyyəsinin sədri
Rəylər
0 Rəy