Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

26-09-2025 , 20:23

1049

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Bələdiyyə sədri  şəhidlərin məzarını ziyarət edib

27 sentyabr – Milli Anım Günü münasibətilə Ağcabədi bələdiyyəsinin sədri İsmayıl Rəsulov şəhidlərin məzarını ziyarət edib.

O, şəhid məzarları önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad edib. Ziyarətdən sonra keçirilən ağacəkmə aksiyasında iştirak edən  sədr şəhidlərimizin xatirəsinə əkilən hər bir ağacın onların qəhrəmanlıq rəmzi olduğunu bildirib.

Aksiyada bələdiyyə əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağcabədi şöbəsinin rəisi və Ağcabədi rayon İcra hakimiyyəti başçısının Şənlik kənd ərazi nümayəndəsi, Qarabağ qaziləri və gənclər də iştirak ediblər.

 Bu tədbir şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə kimi qiymətləndirilib.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər